Yazın ən aktiv allergik xəstəliyi

Yazın aktiv allergik xəstəliyindən biri də məhz pollinozdur.
Pollinoz adətən uşaqlarda və ya gənclərdə inkişaf edir. Pollinoz dövrü xarakterli olub, allergenlərin yaranma dövründə kəskinləşir, onlar aradan qalxdıqda isə remissiya mərhələsinə keçir. Alimlərin məlumatlarına əsasən dünya əhalisinin 10-15%-i bitki tozcuqlarına qarşı allergiyadan əziyyət çəkir. Əksər hallarda pollinoza quru və isti iqlimi olan ölkələrdə rast gəlinir. Bu ərazilərdə tozcuqlanan bitkilərin müxtəlif növləri bitir. Pasiyentlərin çox hissəsini meqapolisdə yaşayan 10-30 yaşlı cavanlar təşkil edir. Kənd əhalisində pollinoza az təsadüf olunur. Xəstəliyə kişilərə nisbətən qadınlar daha çox meyllidir. Pollinozun yaranmasında ekoloji, iqlim və coğrafi faktorlar mühüm rol oynayır.İlk növbədə allergenlə təmas minimuma endirilməlidir. Xəstə küçəyə az çıxmalıdır. Xüsusən quru və küləkli havalarda evdə qalmaq, pəncərələri açmamaq məsləhət görülür. Havanı tozcuqlardan təmizləyən xüsusi vasitələrdən istifadə etmək tövsiyə olunur. Rasiondan allergiya törədən məhsulları çıxarmaq lazımdır. Pollinozun yüngül formalarında antihistamin vasitələr (daxilə qəbul üçün – astemizol, feksofenadin, loratadin, yerli təsirli – levokabastin və azelastin spreyləri) təyin edilir. Pollinozlu pasiyentlər allergenlə təması məhdudlaşdırmalıdır. Əgər imkan varsa, ağac və bitkilərin çiçəklənmə dövründə digər iqlim zonasına getmək lazımdır. Quru və küləksiz günlərdə otağın havası dəyişdirilməlidir. Mənzilə allergenin daxil olmasının qarşısını almaq üçün pəncərəyə qalın və nəm parça vurulmalıdır.  Xəstələr küçədən evə daxil olduqda duş qəbul etməlidir.  Kəskinləşmə dövründə allergeni uzaqlaşdırmaq məqdəsilə gündə bir neçə dəfə gözləri yumaq və boğazı yaxalamaq məsləhətdir. Paltarları yuduqdan sonra küçədə qurutmaq olmaz. Çünki belə halda tozcuqlar yaş paltara yapışa bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.