Omikron ştammını ənənəvi PZR yaxma testi təyin edə bilmir, çünki onu tanımır.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, Rusiyanın əməkdar həkimi Mixail Kaqan bu barədə açıqlama verib .
“Omikrona yoluxmanı təyin etmək üçün şübhəli məqamda ancaq genetik analzi lazımdır. Bu analiz ixtisaslaşmış laboratoriyada 3-4 günə hazır olur. Genetik materialı dəqiq test etdikdən sonra xəstənin dəqiq Omikrona yoluxmasını demək mümkündür. Əks təqdirdə indiki testlərlə xəstənin ancaq Deltaya yoluxduğunu elan etmək olar. Çünki Delta hələ də populyasiyada dövr edir.
İndiki halda PZR test ancaq kovidə yoluxmanı deyə bilər, ancaq onun məhz Omikron olduğunu heç vaxt. Rusiuada test analizlərinin mükəmmələşdirilməsi işləri gedir, yeni kovid testləri hazırlanır. Bu testlər 15 dəqiqəyə bütün ştammları fərqləndirə biləcək.
Yeni ştamm həm də burunda yox, daha çox ağız suyu, tüpürcəkdə olur. Ona görə burundan yaxma testi Omikrona uyğun deyil”.
Orqanik.az