Palazzo Pittidə Florensiyada sərgilənən, hamının yaxşı tanıdığı Karavaconun əsərində yaşı bilinməyən və öz qanadları üzərində oxları və yayı ilə uzanmış bir oğlan təsvir olunub. Qanadları və yayından təxmin etmək olur ki, oğlan Amurdur, lakin onun necə təsvir olduğu bu qədər bəlli atributlara baxmayaraq, şübhə doğurur. Təkcə ona görə yox ki, adətən, kupidonlar gözəgəlimli, dolu, qırmızıyanaqlı, sağlamlıq saçan körpələr kimi təsivr olunurdu, bu oğlan isə həm xoşagələn deyil, həm də qeyri-təbii vəziyyətdə yatıb. Şübhələri artıran bir də qara fondur, sanki kupidon qaranlığa qərq olur, halbuki işıq saçmalıdır.
Karavaco bir məlumat verirmi? Nəhayət, oğlan xəstədirmi?
1986-cı ildə aparılmış rentgenoloji müayinə göstərir ki, rəssam özü əsərinə bir neçə dəfə düzəliş verib, sol əlin vəziyyətini və sol qanadın konturunu dəyişib, fon da qara olmayıb: müxtəlif cüt əşyalar və heyvanlar olub, sevgi rəmzi olan cüt göyərçinlər olub.
Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, oğlanın dərisi sarımtıldır, yanağının qızartısı qeyri-sağlamdır, dodaqları və qulaqları bir qədər sianotikdir. Başı sinəsinə 45º bucağında əyilib (belə yatmaq rahat deyil). Döş qəfəsi deformasiyalıdır, batıqdır, “raxitik təsbeh”dən şübhələnmək olur. Qarqı qeyri-mütənasib böyükdür, oynaqları şişkindir, əzələlərsə hipotrofikdir. Bir də oğlanın sol biləyində “qoza” var.
1994-cü ildə Lancet jurnalında dərc olunmuş məqalədə Amurun revmatoidli artritdən, xüsusən, Still xəstəliyindən, yəni sistem əlamətləri ilə keçən yuvenil revmatoidli artritdən əziyyət çəkdiyi fikri söylənilmişdir.
Oğlanın sifətinin şişkinlyii gicgah-alt çənə oynağının artritindən xəbər verir. Alt çənə inkişafdan qalır (mikroqnatiya). Sol dirsəyi böyümüş kimi görünür, əli əyilib və qeyri-təbii bükülüb ki, bu da kontrakturadan xəbər verir. Sağ əlinin barmaq ucları sanki daralır (braxidaktiliya). Sol biləyindəki qoza zahirən sinovial kistaya bənzəyir. Dizləri çox böyüyüb, başının məcburi vəziyyəti isə boyun onurğasının xəstəliyə məruz qalmasından xəbər verir.
Yuvenil revmatoidli artritin ciddi sistem fəsadları ola bilər: kupidonun sianotik burnu və dodaqları, batıq sinəsi ürək çatışmazlığı əlaməti ola bilər, şişkin sifəti və göz qapaqları nefrotik sindromun əlamətidir, qabarmış göbəkli böyük qarnı qaraciyərin və dalağın böyüməsini göstərir. Nefrotik sindrom ikincili amiloidoz ilə bağlıdır. Espinel güman edir ki, Karavaco ölü uşağı təsvir edib, belə ki, yatmış Amur doğrudan da həyatsız görünür.
2017-ci ildə italiyalı həkim-müəlliflər Pozzilli və Cappa çap etdikləri məqalədə göstərir ki, oğlanın üzünün şişkinliyi və burun deformasiyası hipopituitarizm haqqında düşünməyə vadar edir.
Xülasə: “Saf nəzərə çatmaq çətin deyil, bu sadəcə mümkün deyil”. Bizim daxili “obyektivin” diafraqmasının ləçəkləri peşəkar və şəxsi təcrübədən, təhsildən, zövqdən, rəng qavrayışından və digər tərkibdən ibarətdir və dünyaya baxışımıza, gerçəkliyi təhlil etməyimizə güclü təsir göstərir.
Orqanik.az