Sizə reseptini yazacağım qarışımı hər gün yatmazdan əvvəl qəbul etsəniz maddələr mübdiləniz sürətlənəcək və qəbul etdiyinizi qidalar səhər tezdən bağırsaqlarınızdan xaric olacaq. Bu zaman bağırsaq möhtəviyyatı ilə sizin orqanizminizdən toksinlər də xaric olunacaq. Uzun müddət yatmazdan əvvəl bu qarışımdan içmək isə artıq çəkinin azalmasına və qarın bölgəsindəki piylərin əriməsinə səbəb olur. Qarışımın qəbulu piy toxuması ilə əlaqədar olan bəzi xəstəliklərin ( şəkərli diabet, arterial təzyiq, ürək-damar xəstəlikləri) əlamətlərinin azalmasına səbəb olur.
Bəzi mütəxəssislər qarın bölgəsində yığılan piy toxumasının endokrin sistem xəstəlikləri səbəbindən baş verdiyini qeyd edirlər. Bu içkini qəbul eləməklə siz qarın bölgəsində yığılıb qalan piylərin əriməsinə səbəb olacaqsınız.
Lazım olanlar:
– 1 limon
– 1 dəstə cəfəri
– 1 çay qaşığı sirkə
– 1 çay qaşığı darçın
– yarım litr su
Hazırlanması:
Bütün məhsullar blenderdə qarışdırılır və hər gecə yatmazdan əvvəl içilir. Qarışımın tərkibindəkilərin orqanizmə aşağıdakı təsirləri var:
1. Cəfəri böyrək və sidik kisəsindəki infeksiyaları öldürür və orqanizmdəki artıq suların xaric olunmasını sürətləndirir.
2. Cəfəri və limon orqanizmə antioksidant təsir göstərən flavonoidlər və efir yağları ilə zəngindir.
3. Qarışım orqanizmdə iltihab əleyhinə təsir göstərir.
4. Qarışımdan uzun müddət hər gecə içmək qanın təmizlənməsinə səbəb olur.
5. Qarışım qanda sidik turşusunun əmələ gəlməməsinə səbəb olur.
Orqanik.az