Ayaq sağlamlığı orqanizmdə böyük əhəmiyyət daşıyır. Ayaqlarda yaranan hər hansı problem bütün günün narahat keçməsinə səbəb olur.
Həmin problemlərdən biri də yastıpəncəlikdir. Ayaq tağının tamamilə yerə dəyməsi həmin xəstəliyin göstəricisidir.
Orqanik.az AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-ortoped Cəfər Nəsirlinin dediyinə görə, yastıpəncəlik zamanı xəstələrin ən çox şikayətləndiyi ayaq ağrıları və tez yorulmadır:
“Yastıpəncəliyin müxtəlif səbəbləri var. Ona həm genetik, həm də sonradan yaranan travmalardan sonra, sümük bağlarında anadangəlmə deformasiyalardan sonra refmotik artritlər və s. səbəb olur”.
Ayaqda üçüncü və dördüncü dərəcəli yastıpəncəlik olması hərbi xidmət üçün yararsız hesab edilir. Həmin problemə uşaqlarla yanaşı, böyüklərdə də rast gəlinir. Əslində isə bütün uşaqlar yastıpəncəliklə doğulurlar. Həkim-ortopedin dediyinə görə, pəncə tağı uşaqlarda 3 yaşdan sonra tədricən formalaşmağa başlayır: “Yastıpəncəliyin qarşısının alınması gecikəndə uşaq yeriməyə başlayanda hiss olunur. Həmin hal təyin olunandan sonra xüsusi ortopedik ayaqqabılar və ayaqqabının içinə qoyulan korsetlər var”.
Əgər ortezlərdən istifadə edilməsi nəticə vermirsə, həmin ağrılardan cərrahi əməliyyatla da xilas olmaq olar.
Orqanik.az