Süd zülal və kalsium mənbəyi olduğu üçün yaşlı insanların qida rasionunda mühüm məhsul sayılır.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində dietoloq Elena Solomatin deyib.
Mütəxəssis qeyd edib ki, südün tərkibində A, E, D və B qrupu vitaminləri də var.
Solomatinanın sözlərinə görə, məhsul sümük toxumasına, immun və ürək-damar sistemlərinə, enerjiyə təsir göstərir. Bundan əlavə, toran görmə, idrak qabiliyyətləri və yaddaşı yaxşılaşdırır.
Bununla yanaşı, dietoloq qeyd edib ki, süd bəzi insanlarda allergiyaya və ya mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Orqanik.az