Tanınmış dietoloq Marqarita Korolyeva bildirib ki, toyuq yumurtası yaşlı insanların rasionunda ən yaxşı qida hesab edilir.
Diyetoloq hesab edir ki, gün ərzində 2 yumurta yemək yaşlı insanların əzələ kütləsini effektiv şəkildə saxlıyır. Çünki yaşlı insanlarda əzələ toxuması yüksək sürətlə atrofiyaya məruz qalır.
Orqanik.az “Medicina”-ya istinadən xəbər verir ki, zülal orqanizmi yeniləyir, hüceyrə səviyyəsində regenerasiya və yenilənmə proseslərini dəstəkləməyə imkan verir. Protein əzələ kütləsi güclənir. Yumurtanın sarısına gəlincə isə o, beyin fəaliyyəti üçün lazım olan yağ mənbəyidir.
Beyin toxuması yağın üçdə birini təşkil edir və əgər yaşlı bir insanın pəhrizində yüksək keyfiyyətli yağ tərkibli qidalar yoxdursa, bu, idrak funksiyasına mənfi təsir göstərə bilər.
Dietoloq yumurta yemək vərdişinin güclü immunitetlə sıx bağlı olduğuna diqqət çəkib.
O bildirib ki, yaşlıların orqanizmi güclü immunitetlə təmin edən immunoqlobulinlərin əmələ gəlməsinin yağda həll olunan vitaminlərin istifadəsi mümkündü.
Yumurtanın sarısında yaşlı insanlararın orqanizmi üçün lazım olan A, D, E vitaminləri təşkil edir.
Orqanik.az