Orqanizmlərin hüceyrə və toxumalarında qocalma əlamətlərindən biri qüsurlu gen transkripsiya sayılır.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, bu barədə araşdırma “Nature Aging” jurnalında dərc olunub.
Bioloqlar xromatin vasitəsilə transkripsiyanın yaşlanma ilə bağlılığını necə itirdiyini öyrəniblər. Belə ki, transkripsiya zamanı DNT-dən asılı RNT polimeraza fermenti zülalların əmələ gəldiyi genlərdən ribosomlara zülal haqqında məlumat ötürür. Həmin məlumatı daşıyan RNT-ni sintez etmək üçün DNT bölmələrindən istifadə edilir.
Xromatin iki vəziyyətdə ola bilən nüvə zülallarından və DNT-dən ibarət hüceyrənin nüvə maddəsidir- açıq (euxromatin) və qatılaşdırılmış (heteroxromatin).
Açıq vəziyyətdə RNT-nin aktiv sintezi ilə fərqlənir. Yəni hansı genlərin aktiv olacağı xromatinin vəziyyətindən asılıdır.
Yaşlanma zamanı, lazım olmayan zülalların sintezi baş verdikdə, hüceyrələrin içərisində gizli transkripsiya görünür. Bu əlavə transkripsiya normal transkripsiya ilə resurslar və enerji üçün rəqabət aparan “səs-küy”dür. Bu halda hüceyrə səs-küyü aradan qaldırılmalı olan qüsur kimi qəbul etmir.
Alimlər bu halları həm siçan, həm də insanlarda müşahidə etdiklərini bildiriblər. Eyni zamanda, saxta transkripsiyanın şiddəti cinsdən asılıdır. Çünki müxtəlif növ hüceyrələr kişilərdə və qadınlarda “səs-küy” yaradır.
Orqanik.az