Alzheimer əsasən yaşlanma ilə birlikdə beyin hüceyrələrinin ölməsi nəticəsində yaddaşin itməsi və demensiyanin səbəbidir. Günümüzdə hələlik geri döndürülə bilməyən bir prosesdir.
Cox zaman asta başlayir və yavaş inkişaf edir. Alzheimerin yaşlıların xəstəliyi olduğunu düsünsələr də xəstələrin 5%-i 40-50 yaşlarına təsadüf edir. 60 yaşdan daha tez yoluxanlarda bu xəstəliyin genetic meyilli oldugu düşünülür.
Alzheimer nədir?
Alzheimerin əsas elaməti yaxin yaddaşin itmesi, şəxsin adları, adres məlumatlarını, tarixi, özünün şəxsi məlumatlarını, xüsusilə ev ünvanını, telefon nömresini xatırlamaması, məntiqli düşünmə azalması, xasiyyət dəyişiklikləri kimi xüsusiyyətlər üzə çıxar. Və bu əlamətlərin artması həyat keyfiyyətini aşağı salar. Xəstəlik irəlilədikcə gündəlik fəaliyyətlərdə də çətinlik yaranır.
Alzheimerin əmələ gəlməsində beyində beta-amiloid adlanan protein topalarının və tau cisimciklərinin əmələ gəlməsidir. Bu cisimlərin saglam beyin hüceyrələrinə və onlar arasındakı bağlantılara tesir etdiyi düşünülür.
Simptomlar pisləşdikcə insanların son hadisələri xatırlaması, əsaslandırması və tanıdıqları şəxsləri tanıbası çətinləşir. Və ən nəhayət Alzheimer xəstəsinin ona qulluq edəcək başqa birisinə ehtiyacı olur.
Simptomlar
Alzheimer xəstəliyi proqressiv bir xəstəlikdir, yəni zaman keçdikcə simptomlar daha da pisləşir. Yaddaşın itirilməsi əsas xususiyyətidir. Və ilk inkişaf edən də bu simptomdur. Simptomlar tədricən, aylar, illər ərzində üzə çıxır.
Alzheimer xəstəliyinin simptomlarına aşağıdakılar daxildir:
Yaddaşın itirilməsi: insan yeni məlumatları öyrənməkdə və yadda saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də aşağıdakılar ola bilir:
- sualların və söhbətlərin dəfələrlə tekrarlanması
- əşyaların itirilməsi
- hadisələri və təyin edilmiş görüşləri unutmaq
- lazım olan məkanı tapmamaq və itmək
Koqnitiv çatişmazlıqlar: İnsan düşünmə, mürəkkəb tapşırıqları yerinə yetirmə və mühakimə yeritməkdə çətinlik çəkə bilər:
- pul və hesabı ödəməkdə çətinlik
- qərar qəbul etməkdə çətinlik
- hərəkətlərində hər hansı bir təhlükə və riskləri düşünərək hərəkəkət etməkdə çətinlik
- Geyinmək kimi bir neçə mərhələdən ibarət olan tapşırıqları yerinə yetirməkdə çətinlik
Tanıma ilə bağlı problemlər: İnsan üzlərini və ya obyektkəri tanımada çətinlik yaranır. Bunlar görmə ilə bağlı problemlərlə elaqəli deyil.
Məkanı hiss etməklə bağlı problemlər: Müvazinətini saxlamaqda çətinlik çəkər, tez-tez yıxılır və ya əlindəki əsyaları tez-tez yerə salır. Həmçinin geyindiyi zaman paltarları bədəninə uyğun təyin etməkdə çətinlik çəkir.
Danışma, yazma və oxuma ilə bağlı çətinliklər: Alzheimer xəstələri uyğun sözlərin tapılmasında çətinlik çəkər. Çox danışarlar,yazmada səhvlər buraxarlar.
- Şəxsiyyət və ya davranış dəyişiklikləri:Aşağıdakı şəxsiyyət və ya davranış dəyişiklikləri ola bilər:
- əvvəlki vaxtlarına nisbətən daha az kədərlənmək, əsəbləşmək və ya həyəcanlanmaq
- adətən evvəllər zövq aldıqları şeylərdən zövq ala bilməmə, motivasiyanın itməsi
- empati hissinin itirilməsi
- Obsessiv və ya sosial ortama uyğun olmayan davranış
Mərhələləri
Alzheimer xəstəliyinin yüngül, orta və ağır mərhələləri var.
Yüngül Alzheimer xəstəliyi
Yüngül Alzheimer xəstəliyi olan şəxslərdə aşağıdakı yaddaş problemləri və koqnitiv çətinliklər əmələ gəlir:
- Gündəlik işləri görərkən normaldan daha uzun zaman aparır
- pulu idarə etməkdə çətinlik və ya hesabları ödəmədə çətinlik
- məkanı tapmaqda çətinlik və ya itmək
- daha tez özündən çıxmaq, bəzi seyləri gizlərmək kimi davranış dəyişikliyi
Orta dərəcədə Alzheimer xəstəliyi
Orta dərəcəli Alzheimer xəstəliyində beynin dil, duyğular, düşünmək və mühakimə yürütməyə bağlı hissələri zədəlınir:
- Daha çox yaddaş pozulması və hadisələrin qarışdırılması
- Yeni şeyləri öyrənə bilməmə
- Geyinmək kimi bir neçə mərhələli işləri yerinə yetirmədə çətinlik
- Yeni vəziyyətlərdən çıxış yolu tapmaqda çətinlik
- Hallüsünasiyalar, paranoyalar
Ağır dərəcəli Alzheimer xəstəliyi
Ağır dərəcəli Alzheimer xəstəliyində beynin hər tərəfində tau cisimcikləri və “beta amiloid” adlanan protein topaları yayılır və bu səbəbdən də beyin önəmli ölçüdə kiçilir. Aşagıdakı elamətlər yaranır:
- insanlarla elaqə qura bilməmə
- başqalarının qulluğuna ehtiyacı olma
- demek olar ki, yataqdan çıxmama
Erkən başlanan Alzheimer xəstəliyi
Alzheimer xəstəliyi üçün yaş risk faktoru olmasına baxmayaraq, yalnız yaşlıların xəstəliyi sayılmır. Adətən 65 yaşdan yuxarı insanlarda rast gəlməyimizə baxmayaraq, 40-50 yaşlı şəxslər arasında da müşahidə olunur.
Xüsusən erkən başlayan Alzheimer xəstəliyində genetik faktorun rolu olduğu düşünülür.
Alsheimer xəstəliyi və digər demensiya növləri
Demensiya koqnitiv funksiyaların pozulmasını əhatə edən termindir.
Alzheimer xəstəliyi demensiyanın ən yayılmış formasıdır. Beyində yaranan beta-amiloid protein topaları və tau cisimləri səbəbilə yaranır. Simptomlar yavaş-yavaş başlayır.
Digər demensiya növləri arasında Levi cisimcikli demensiya, Parkinson demensiyası, Creutfeldt-Jakov xəstəliyi, Vaskulyar demensiya, Frontotempotal demensiya, normal təyziqli hidrosefaliya, Hantington xəstəliyi də vardır. Bir insanda demensiyanin bir neçə növü ola bilər.
Diaqnozun qoyulması
Alzheimer diaqnozunun qoyulması üçün şəxsin yaddaş pozulması, koqnitiv geriləmə və ya gündəlik həyat fəaliyyətini yerinə yetirmədə çətinliyin olması mütləqdir.
Əhatəsində olan insanlar şəxsin özündən əvvəl demensiya əlamətlərini hiss edirlər.
Alzheimer xəstəliyi üçün xüsusi bir müayinə yoxdur. Əgər Alzheimer xəstəliyi şübhəsi varsa həkim pasientin özündən, qohumlarından və baxıcılarından simptomları və xəstənin tibbi keçmişi barədə ətraflı məlumat toplamalıdır. Əlavə olaraq aşağıdakı müayinələrə də ehtiyac ola bilər:
pasientin düşünmə və xatırlama bacarığını qiymətləndirmək üçün xüsusi testlər
- standart nevroloji müayinə
- qan və sidiyin müayinələri
- beynin KT və ya MRT müayinəsi
- genetik test
Müalicəsi
Alzheimer xəstəliyinin xüsusi bir müalicəsi yoxdur. Çünki beyin hüceyrələrinin ölümünü dayandırmaq mümkün deyildir. Bununla bərabər müalicələr simptomları yüngülləşdirə və pasientin, ailəsinin və baxıcısının həyat keyfiyyətini yaxşılaşdıra bilər.
Demensiya müalicəsinin vacib elementləri bunlardır:
- Alzheimer ilə yanaşı əmələ gələn şəraitin effektiv idarə edilməsi
- fəaliyyətlər və gündəlik baxım proqramları
- dəstək qruplarının və xidmətlərin cəlb edilməsi
Səbəbləri
Bütün demensiya növləri kimi Alsheimerdə də səbəb beyin hüceyrələrinin ölümüdür, yəni neyrodegenerativ bir xəstəlikdir.
Alzheimerli bir şəxsdə beyin toxumasında sinir hüceyrələri və hüceyrələr arası bağlantılar getdikcə azalır və sinir toxumasında beta-amiloid protein topaları və tau cisimləri əmələ gəlir.
Ölən beyin hüceyrələri arasında lövhələr əmələ gəlir. Həmin lövhələr beta-amiloid adlanan bir proteindən əmələ gəlir. Cisimlər isə sinir hüceyrələrinin icərisində yaranır. Bu cisimlər isə Tau adı verılən başqa bir proteindən əmələ gəlir.
Araşdırmaçılar hələlik bu dəyişikliklərin əmələ gəlmə səbəbini tam olaraq bilmirlər.
Risk fakrorları
Alzheimer xəstəliyi üçün əsas risk faktorlarına nəzər salaq:
- yaşlanma
- ailə fərdləri arasında Alzheimer xəstəsinin olması
- müəyyən genlərin daşınması
Alzheimer riskini artıran digər faktorlara baş beyin travmalarını, toksik materiallar və sənaye tullantıları ilə təması göstərmək olar.
Alzheimer xəstəliyindən qorunmaq üçün aşağıdakılar məsləhət görülür:
- gündəlik idman hərəkətləri, yürümə
- sağlam qidalanma
- ürək-damar xəstəliklərindən qorunmaq
- kardiovaskulyar xəstəlik, şəkərli diabet, yüksək təyziq və artıq çəki risklərindən uzaq durmaq
- həyatı boyunca aktiv beyin fəaliyyəti ilə məşğul olmaq.
Nevroloq Sevinc MirSeyid
Orqanik.az