Yaponiya alimləri uşaqların tibbi maska taxması ilə bağlı yeni araşdırma aparıblar.
Orqanik.az xarici KİV-lərə istinadla bildirir ki, alimlərin fikrinə görə, 3 yaşına qədər olan uşaqlar maska taxmamalıdır. Bu onların sağlamlığı üçün ziyanlıdır və hətta uşağın ölümünə səbəb ola bilər.
Maska taxmaq uşağın nəfəsalmasını çətinləşdirir ki, uşaq boğula bilər. Həmçinin maska taxan uşağın qanında oksigenin səviyyəsi azalır və bu da uşağın ürəyinə düşən gərginliyi artırır.
İsti havada maska taxan uşaqda istivurma, bayılma riski də kəskin artır.
Alimlər vurğulayırlar ki, kiçik yaşlı uşaqlar koronavirusa demək olar tutulmur və həmçinin koronavirusun daşınmasında ciddi rol oynamırlar.
Rusiyanın Rospotrebnadzor təşkilatının son tövsiyələrinə görə, 7 yaşına qədər olan uşaqlar maska taxmaya bilər. Lakin daha böyük yaşda uşaqlar və yeniyetmələr üçün maska taxmaq zəruridir.
Orqanik.az