Yapon dietası ilə 13 günə 8 kq arıqlamaq olar

Dünyada ən geniş tətbiq olunan dietalardan biri də yapon dietasıdır. Bu dietanın 13 günlük müddəti ərzində ilkin çəkiyə uyğun olaraq 8 kq arıqlamaq mümkündür.

Tibb.az bildirir ki, Yaponiyanın “Yaeks” klinikasında hazırlanmış bu dieta insan orqanizmində maddələr mübadiləsini tənzimləyərək, insanın uzun müddət çəkisinin artmasının qarşısını alır. Yapon xarakterinə uyğun olaraq, bu dieta insanı gündəlik menyuya ciddi yanaşmasını tələb edir. Dietanın 13 günü ərzində şəkər, duz, alkoqol və un məmulatlarından istifadə etmək qadağandır. Gün ərzində qida qəbulu arası qeyri- məhdud miqdarda qaynadılmış və ya qazsız mineral su içmək olar. Dietanı ilk istifadədən yalnız 2-3 il sonra təkrar istifadə etmək olar. Dietanın gündəlik rejimi isə belədir:

1-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.

Şam: qızardılmış və ya suda qaynadılmış balıq.

2-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari.

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).

Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.

3-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari

Nahar: günəbaxan yağında qızardılmış balqabaq

Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında)

4-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 1 bişmiş yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.

Şam: meyvə.

5-ci gün

Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.

Şam: meyvə.

6-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.

Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).

7-ci gün

Səhər yeməyi: çay.

Nahar: 200 qr. suda qaynadılmış mal əti, meyvə.

Şam: digər günlərin şam yeməklərindən istifadə etmək olar (3-cu gün istisna olmaqla).

8-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.

Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).

9-ci gün

Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.

Şam: meyvə.

10-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.

Şam: meyvə.

11-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari.

Nahar: günəbaxan yağında qızardılmış balqabaq.

Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında).

12-ci gün

Səhər yeməyi: tünd qəhvə, suxari.

Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).

Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.

13-ci gün

Səhər yeməyi: tünd qəhvə.

Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.

Şam: qızardılmış və ya suda qaynadılmış balıq.

DİQQƏT!!! Əgər siz hər hansı günün rejimini pozsanız, bu nəticəyə də təsir göstərəcək. Bir ərzaqı digəri ilə dəyişmək də mümkündür. Məsələn, əgər siz qəhvə içmirsinizsə onu yaşıl çayla,qaynadılmış kökü çiyi ilə, balqabağı isə badımcanla əvəz edə bilərsiniz. 13 günlük dieta müddəti bitəndən sonra gündəlik qidanızın miqdarını tədricən artırın. İstənilən dietaya başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.