Arıqlama sahəsindən ən tanınmış mütəxəssislərdən biri olan bariatric cərrah Endrü Cenkinsonun fikrinə görə, pəhrizlər arıqlamağa kömək etmir.
Bir çox insanlar fikir verirlər ki, pəhriz zamanı azalan çəki pəhrizdən sonra tam şəkildə qayıdır və hətta artıq kilolar da əmələ gəlir. Bu arıqlamaq istəyənlərdə inamsızlıq yaradır, onları depressiyaya salır.
Öz təcrübəsinə əsaslanaraq həkim sübut edir ki, arıqlamaq istəyən insan heç bir pəhriz saxlamamalı və qəbul etdiyi kaloriləri saymamalıdır. Qidalanmada müəyyən dəyişikliklər etmək lazımdır. Yalnız bu halda insan arıqlaya bilər və itirilmiş çəki sonra yenidən qayıtmayacaq.
Həkimin sözlərinə görə, ilk növbədə şəkər və rafinə edilmiş karbohidratlardan tam və həmişəlik imtina etmək lazımdır. Məhz bu qidalar orqanizmdə insulinin səviyyəsini kəskin qaldırır və sonra da kəskin salır ki, insan daim aclıq hiss edir və lazım olandan çox qida qəbul edir.
Orqanik.az The Daily Mail-ə istinadla bildirir ki, həkimin sözlərinə görə, gün ərzində 2-3 dəfə sağlam və sadə qidaları qəbul etmək, “atıştırmalık”qidalardan tam imtina etmək lazımdır. Bu halda orqanizm tədricən artıq kilolardan azad olacaq və effekt davamlı olacaq
Orqanik.az