“Yağ, pendir və çörək ürək üçün təhlükəlidir” – Həkim

Rusiyalı qastroenteroloq Sergey Vyalov kərə yağı və pendir-çörəkli adi səhər yeməyini sağlamlıq üçün təhlükəli adlandırıb.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, həkim qeyd edib ki, belə səhər yeməyi çox yeyilən zaman mədəaltı vəzi həddən artıq yüklənir. Nəticədə, pankreatitin inkişaf riski yaranır. Belə ki, yağlı qidaların çox olması ilə öd turşusu bu orqanın kanallarına atıla bilər.

Bundan əlavə, belə bir səhər yeməyi ürək-damar sisteminə də zərər verə bilər.

“Nə qədər çox heyvan yağı yeyirsinizsə, qanda xolesterin və triqliseridlərin səviyyəsi bir o qədər yüksək olar ki, belə halda da ateroskleroz bir o qədər tez inkişaf edir. Aterosklerotik yığınlar ürəkdə qan axını üçün maneə törədir və ürəyin işemik xəstəlikləri (infarkt və ya stenokardiya) məhz belə yaranır”, -deyə o, bildirib.

Eyni zamanda, Vyalovun fikrincə, pendir və yağlı çörəklərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, heyvan yağlarını bitki yağları ilə əvəz etmək olar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.