Balanssız və qeyri-sağlam pəhriz səbəbilə yaranan vitamin çatışmazlığı unutqanlığa yol açır. Bir çox insanın tez-tez qarşılaşdığı bu problemin qarşısı bəzi qidalar vasitəsilə alına bilər.
Orqanik.az Orqanik.az-a istinadla beyin və yaddaşın güclənməsi üçün faydalı olan məhsullarla bağlı məlumatları təqdim edir.
Balıq – beyin funksiyalarında Omeqa 3 əhəmiyyətli mövqe tutur. Qızılbalıq bu vitaminlə zəngin olan dəniz məhsullarından biridir. Bununla yanaşı skumbriya, hamsi, sardinya, siyənək də bu mineralla zəngin olan balıqlardandır.
Qaragilə – antioksidan maddəsi ilə zəngindir. Altsheymer və unutqanlığa qarşı faydalıdır.
Tünd şokolad – yüksək kakao və antioksidan tərkiblidir. Diqqəti artırır, yaddaşı gücləndirir.
Balqabaq – əhval-ruhiyyəni yaxşılaşdırır. Yuxusuzluq və depressiya vəziyyətində rahatlamağa kömək edir.
Çuğundur – tərkibində uzunmüddətli yaddaşı canlandırmaq üçün lazım olan polifenollar var. Altsheymer xəstəliyinin müalicəsi üçün faydalıdır. Qırmızı soğan da bura aid edilə bilər.
Kərəviz – E vitamini ilə zəngindir. Tərkibində B qrupu vitaminləri və Fol turşusu var. Yaddaşı gücləndirir.
Orqanik.az