Xəbərdarlıq: Fəstfud və şirniyyat yeyən insanların beyni belə dəyişir

Amerika və Almaniya alimləri yağlı və şirin qidaların beyinə təsir mexanizmini araşdırıb.

Orqanik.az xəbər verir ki, araşdırma nəticələri “Cell Metabolism” jurnalında dərc olunub. Tədqiqatçıların fikrincə, bu cür qidalar motivasiyaya cavabdeh olan dopaminerjik sistemi aktivləşdirir ki, bu da qida qəbulunun dəyişməsinə səbəb olur.

“Tədqiqat göstərdi ki, beyin cipsi və digər zərərli qidaların istehlakı ilə yenidən qurulur. O, şüuraltı olaraq məhz bu cür qidalara üstünlük verməyi öyrənir. Beyində baş verən bu dəyişikliklər sayəsində biz şüursuz olaraq hər zaman tərkibində yağ və şəkər olan məhsullara üstünlük verməyə başlayacağıq”, – tədqiqat rəhbəri Mark Tittqemeyer deyib.

Təcrübədə iki qrup insan iştirak edib. Bəziləri adi yemək, üstəgəl, yağlı və şirin pudinq yeyiblər, digərlərinə isə eyni kalorili, lakin daha az yağlı desert verilib. Tədqiqat qrupu iki ay ərzində iştirakçıların beyin fəaliyyətini öyrəniblər.

Alimlər birinci qrupdan olan könüllülərin kökəlmədiyini, qanda şəkər və xolesterinin səviyyəsinin dəyişmədiyini qeyd ediblər. Amma onlar müəyyən ediblər ki, bu müddət ərzində beyində qurulan əlaqələrə görə, şirniyyatdan imtina etmək onlar üçün çətinləşir. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.