XXI əsrin böyük bəlasından necə xilas olmaq lazımdır? – Mütəxəssis tövsiyələri

Hər bir orqan və toxuma öz funksiyasını yerinə yetirməsi üçün qan və oksigenlə təmin olunmalıdır.

Orqanizmdə orqanların qan təchizatını ürək yığılma və genişlənmə funksiyası ilə yerinə yetirir. Ürək çatışmazlığı isə ürəyin yığılma və genişlənmə funksiyasında olan qüsurlar səbəbindən orqan və toxumalara yetərincə qan göndərə bilməməsi durumudur.
Ürək çatışmazlığının əsas səbəbi ürək-damar xəstəliyi keçirilmiş infarkt və yaxud da yüksək təzyiq kimi xəstəliklərin olmasıdır.

Moderator.az ürək çatışmazlığına səbəb ola biləcək digər xəstəliklər və onlardan sağalma yollarından bəhs edəcək:

1)Ürək qapağı və ürək əzələsi xəstəlikləri;

2) Anadangəlmə ürək xəstəlikləri;

3) Şəkərli diabet xəstəliyi;

4) Xroniki böyrək çatışmazlığı.

Ürək çatışmazlığının əlamətləri aşağıdakılardır:

Ürəyin bədənə yetərincə qan ötürə bilməməsi nəticəsində ağciyərlər və bədənin müxtəlif yerlərində maye toplanmağa başlayır və bu hal müxtəlif əlamətlərə səbəb olur.

Açıq görülə bilən əlamətlər bunlardır: nəfəs darlığı; yorğunluq; ödəm; tez çəki alma; öskürək

Bununla yanaşı iştahasızlıq, gecələr tez-tez sidiyə getmə, ürəyin tez-yez döyünməsi kimi əlavə əlamətləri ola bilər. Bir xəstədə bu əlamətlərin biri, və ya bir neçəsi olur. Əgər xəstə lazımi müalicəni alırsa, yuxarıdakı əlamətlərdən heç birinə rast gəlinməyə bilər.

Ürək çatışmazlığı ciddi bir xəstəlik olub zamanında müalicə olunmadığı halda həyati təhlükə yarada bilir. Bununla belə, vaxtında aşkar edilərək müalicə olunarsa, xəstə uzun və keyfiyyətli bir ömür sürə bilər.

Böyük Britaniyada hər il 68.000 yeni ürək çatışmazlığı diaqnozu qoyulur. ABŞ-da isə 2009-cu ildə ürək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı 5.1 mln olmuşdur. Bununla yanaşı, ABŞ-da hər 9 ölümdən birinə ürək çatışmazlığı səbəb olmuşdur. Ürək-damar xəstəlikləri, o cümlədən, ürək çatışmazlığı Azərbaycanda ən çox yayılmış qeyri-infeksion xəstəliklərdir. Xəstələrin yaşı artdıqca ürək çatışmazlığı hallarının sayı da artmış olur. Araşdırmalar göstərir ki, 75-84 yaş arası insanlarda hər 15 nəfərədən birində, yaşı 85-dən yuxarı olan insanlar arasında isə hər 7 nəfərdən birində ürək çatışmazlığı qeydə alınır. Gənclər arasında ürək çatışmazlığı çox nadir hallarda rast gəlir və daha çox anadangəlmə ürək qüsurları ilə bağlı olur.

Yuxarıda qeyd edildiyi kimi, ürək çatışmazlığı həm də müxtəlif xəstəliklərin (halların) ağırlaşması  nəticəsində inkişaf edir. Həmin xəstəliklərin (halların) müalicəsində əlavə tədbirlərin tətbiqi məsləhət görülə bilər. Məsələn:

– Əgər yüksək qan təzyiqiniz varsa, qan təzyiqini aşağı salmaq üçün müalicə tədbirləri tətbiq edilə bilər;

– Əgər ürək çatışmazlığının səbəbi olarsa, ürəyin işemik xəstəliyinin irəliləməsinin qarşısını almaq üçün müvafiq müalicə tədbirləri tətbiq olunur. Məsələn, qanda xolesterinin səviyyəsi yüksək olan xəstələrdə onun azaldılması üçün müvafiq dərmanlar və ya həyat tərzinin dəyişdirilməsi metodları istifadə edilə bilər.

– Əgər zədələnmiş ürək qapağı ürək çatışmazlığının səbəbidirsə, ürək qapağının əvəzlənməsi və ya bərpa olunması üçün müvafiq cərrahi müdaxilə aparıla bilər;

– Bəzi hallarda ürək transplantasiyası əməliyyatı aparıla bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.