Xroniki qlomerulonefrit

Xroniki qlomerulonefrit geniş yayılmış böyrək xəstəliklərindəndir.
Bu xəstəlik kişilər arasında daha çox yayılıb
ETİOLOGİYASI:
Bu xəstəlik vaxtında düzgün müalicə olunmamış kəskin qlomerulonefritin xroniki hala keçməsi nəticəsində baş verir.Bəzi hallarda müalicə olunmamış hamiləlik hefropatiyası da xroniki qlomerulonefritin əmələ gəlməsinə səbəb ola bilir.Xəstəlik böyrəyin yumşaq toxumasının zədələnməsi ilə xarakterizə olunur ki bu da tədricən inkişaf edib nefroskleroz və böyrək çatışmazlığına səbəb olur.
Xroniki qlomerulonefrit çox vaxt müstəqil xəstəlik kimi meydana çıxır.Bəzi hallarda isə infeksion endokardit,qırmızı qurd eşənəyi hemorragik vaskulit də xəstəliyin əmələ gəlməsinə səbəb olur.
PATOGENEZİ:
Böyrəklərin zədələnməsi 2 variantda ola bilər
1İmmun
2Antitel
İmmunokompleks variantda immun komplekslər böyrəklərdən ifraz olunmur,bu proses xroniki hala keçib xroniki qlomerulonefritin əmələ gəlməsinə səbəb olur.
İkinci variantda bədənə antigenlər daxil olduqda ona qarşı anticismlər yaranır.Bu anticismlər eyni zamanda böyrək yumaqcıqlarının dibinə çökür və orada fiksasiya olur.
PATOLOJİ ANATOMİYASI:
Xəstəlik böyrək yumaqcıqlarının kapilyar daxili zədələnmələri ilə müşayət olununur.Xəstəlik təsnifatına görə bir neçə növlərə ayrılsa da hamısının kilinikası təxminən eynidir.
KLİNİKASI
Xroniki qlomerulonefrit ödem,hipertoniya və sidik simptomları , son mərhələdə isə xroniki böyrək çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir.Arterial təzyiqin artması xəstəliyin əsas əlamətidir.Patoloji əlamətlər sidikdə özünü daha çox biruzə verir.Buraya proteinuriya,slindruriya,leykosituriya,hemoturiya və başqa dəyişikliklər aiddir.Xəstəlik zamanı təzyiqin yüksək olması
bəzi ağırlaşmalar verir ki , bunlara ürək çatışmazlığı ,ürək əzələsinin infarktı,insutu misal göstərmək olar.
MÜAYİNƏSİ
Xəstəliyin müayinəsində sidiyin analizi mühüm rol oynayır.Müayinə zamanı sıdıkdə qanın , zülalın , proteinin ,leykositlərin miqdarı normadan artıq olduğu aşkar olur.
MÜALİCƏSİ:
Əsasən 3 hissədən ibarətdir
1.Pəhriz
2.Rejim
3.Dərmanlar

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.