Qastritin bu növünün dərman terapiyasını yalnız xəstəliyin kəskinləşmə dövründə aparırlar.
Müalicə zamanı mədənin sekretor çatışmazlığının əvəzləyici terapiyası əks göstəriş sayılır. Bu terapiyaya natural mədə şirəsi, pepsidil, pepsinlə duz turşusu, asidinpepsin aiddir.
Xəstəlik zamanı mədəaltı vəzin ekskretor funksiyası azaldıqda əvəzləyici terapiya təyin edilir. Məsələn, xolenzim, hemisellioza + öd komponentləri + pankreatin(festal), mezim forte, panzinorm forte, pankreatin. Xroniki atreofik qastrit xəstəliyinin müalicəsi zamanı xəstələrə vitamin B12 və ya fol turşusu təyin edilir.
Qastritin müalicəsində fitoterapiyanın da böyük rolu vardır. Bu zaman xəstələrə iltihabəleyhinə təsirə malik bitki şirələrindən istifadə etmək məsləhət görülür. Bu bitkilər aşağıdakılardır:
– bağayarpağı yarpaqları
– çobanyastığı çiçəkləri
– nanə (cövhər şəklində)
– valerian (cövhər şəklində).
Müalicə zamanı toxumaların trofikasının yaxşılaşdıran və reperativ prosesləri gücləndirən dərman preparatlarından da istifadə edilir (nikotin, riboksin).
Xroniki atrofik qastritin müalicəsi zamanı mərkəzi və periferik dofamin reseptorlarının blokatorları ağrılarda və kəskin ifadə olunan dispeptik təzahürlərdə istifadə edilir.
Xəstəliyin həm kəskinləşmə və həm də xroniki halında müalicə ilə yanaşı xəstələrə pəhrizə riayət eləmək məsləhət görülür.
Orqanik.az