İnsan orqanizminin hüceyrə qatı xolesterinlə əhatə edilib. İnsanların qəbul etdiyi qidalardan asılı olmayaraq orqanizm xolesterini sintez edir. Xolesterinin əmələ gəlməsi və sintez olunması isə yeni hüceyrə toxumasının əmələ gəlməsinə və inkişafına səbəb olur. Xolesterin tərkibində olan yağların miqdarından asılı olaraq yaxşı və pis formalara ayrılır. Xolesterinin yaxşı forması qanda orqanizmin normal həyat fəaliyyəti üçün lazım olan qədər qanda olan xolesterin hesab edilir. Bu tip xolesterol maddələr mübadiləsinin, həzmin, bir sözlə orqanizmin yaşaması üçün lazım olan orqan və toxumalar üçün vacib sayılır. Pis xolesterin dedikdə isə qanda normadan artıq olduğuna görə qan vasitəsinə bütün orqan və toxumalara daşınaraq orada yığılan xolesterındir. Yəni orqanizmdə normadan artıq olan xolesterin pis xolesterindir. Bu cür xolesterin ilk növbədə qaraciyər fəaliyyətini korlamaqla qlükozanın, yağların mübadiləsini ləngidir və pis xolesterinin sintezini daha da korlayır. Bu zaman qlükozanın parçalanması ləngiyir, yağların orqanizmdə artıq piylərə çevrilməsinə səbəb olur. Mütəxəssislər bəzi qida maddələrinin orqanizmdə maddələr mübadiləsini sürətləndirməklə xolesterinin miqdarının azalmasına səbəb olduğunu söyləyir və həmin qidalardan tez-tez istifadə etməyi məsləhət bilirlər. Bu qidalar hansılardır?
– qara istiot
– araxis
– buğda unu
– düyü
– moruq
– yaşıl noxud
– ispanaq
Orqanik.az