Xarici hamiləlik, mayalanmış yumurtanın uşaqlıqdan kənarda yerləşib böyüməsidir.
Bəs xarici hamiləliyin əlamətləri nədir?
İmmunitet.az xəbər verir ki, menstruasiya gecikməsi, bulanma, qusma kimi hamiləlik əlamətləri bu zaman da müşahidə edilir. Adətən borulara yerləşən döl böyüməyə başlayır və bir müddət sonra qanaxmaya səbəb olur. Bu vəziyyət olduqca əhəmiyyətlidir. Əgər müalicə olmazsa daxili qanaxma baş verə bilər və nəticədə xəstə ölə bilər.
Xarici hamiləlik kimlərdə yaşana bilər?
Hamiləlik əleyhinə həblərdən istifadə edən bir qadının hamilə qaldığı təqdirdə xarici hamiləlik yaşama ehtimalı, dərman istifadə etməyən bir qadına görə daha çoxdur. Xarici hamiləlik barədə danışan türkiyəli ginekoloq Cahit Cenksoy, spiraldan istifadə edən, siqaretdən istifadə edən qadınların xarici hamiləlik yaşama ehtimalının daha çox olduğunu bildirib:
“Menstruasiya gecilməsi xarici hamiləliyin əlaməti ola bilər. Bu haldan əziyyət çəkən insanlar daha çox qarın ağrısı, adət gecikməsi şikayəti ilə gəlir. Zaman itmədən USM olunmalı, hamiləlik hormonu testi verilməlidir. Xarici hamiləlik yenidən belə hamiləlik yaşama riskini artırır. Bu vəziyyət ölümlə və ya uşaqlığın tamamilə alınması ilə nəticələnə bilər”.
Bəs xarici hamiləliyin qarşısı necə alına bilər?
Menstruasiya gecilməsi olan hər qadın mütləq şəkildə ginekoloqa müraciət etməlidir. USM vasitəsilə hamiləlik kisəsinin uşaqlıq içində olduğuna əmin olunmalıdır. Belə haldan uzaq durmaq üçün vaginal infeksiyalarını azaltmaq lazımdır.
Amma bununla belə xarici hamiləlikdən 100 faizlik qorunmaq mümkün deyil.
Orqanik.az