Xardalın faydaları

Xardal boyu 40-50 santimetrə qədər qalxa bilən birillik xardal bitkisinin kökündən hazırlanan ədviyyatdır. Bu bitkinin düz və çıplaq budaqları olur. Belə ki, xardalın budaqları uzandıqca onun üstündəki yarpaqların sayı azalır. Xardalın çiçəkləri sarı rəngdə olur və çiçəklər töküldükdən sonra onların yerində toxumlar formalaşır. Xardal bitkisinin ağ, qəhvəyi və qara növləri var.
Xardalın növləri bitdiyi yerlərin iqliminə uyğun olaraq rənglərini dəyişir. Xardala Himalay dağlarında, Şərq ölkələrində, Avropa ölkələrində rast gəlinir. Əsasən xardalın toxumlarından istifadə edilir. Xardal toxumlarından 5000 il əvvəllər də istifadə edilməsinə dair yazılara rast gəlinib. Onu texniki işlməmədən keçirdikdən sonra xardal yaxması hazırlayırlar. Bütün marketlərdə xardal yaxması satılır. Ondan ətlərin, sousların, balıq və toyuq məhsullarının dadlandırılması üçün istifadə edilir. Xardal toxumlarının 25-35%-ni yağlar təşkil edir. Yağları toxumların sıxılmasından alırlar. Bu yağların tərkibi müxtəlif efir yağlarından, allilxardal yağlarından(40%), krotonilxardal yağından və s. yağlardan təşkil edilib. Xardal toxumlarının sıxılmasından alınan quru qalıqlardan xardal tozu hazırlanır. Xardal tozundan revmatizma əleyhinə plastrların hazırlanmasında istifadə edilir.
Xardal yağı və ya onun yağlarından hazırlanan məhsullar iştahanı artırır və mədə şirəsinin 8 dəfə çoxalmasına səbəb olur. O qidanın tez həzm olunmasına yardım edir, orqanizmə iltihab əleyhinə, antioksidant və qəbizlik əleyhinə təsir göstərir. Bu ədviyyat orqanizmdə olan toksinləri neytrallaşdırır, mədədə olan narahatçılıqları aradan qaldırır. Amma, onu çox qəbul elədikdə mədənin selikli qişasını qıcıqlandırır. Alimlər xardalın müalicəvi xüsusiyyətlərə malik olduğunu sübut etmişlər. O həzm prosesini yaxşılaşdırır, yağların sorulmasını sürətləndirir, bağırsaq fəaliyyətini normallaşdırır. Xardal yemək yaşlı insanlarda bağırsaq fəaliyyətinin yaxşılaşmasına səbəb olur.
İştahası olmayan uşaqlara az miqdarda xardal vermək onlarda iştahanın artmasına səbəb olur. Ürək-damar xəstəlikləri, revmatizm, qaraciyər, böyrək xəstəlikləri, ateresklerozdan əziyyət çəkıənlərə xardaldan istifafdə etmək çox faydalıdır.
Xardaldan hazırlanmış preparatlar dəridə qıcıqlanmaların əmələ gəlməsinə səbəb olur. Onun uçucu buxarı antibakterial, fitonsid təsirə malikdir. Onun bu xüsusiyyətindən qida məhsullarının saxlanılmasında istifadə edilir.
Xardalı ağrayan, şişən nahiyələrə qoymaq əlamətlərin azalmasına səbəb olur. Qulaqdibi xəstəliyi zamanı onu ağrıyan nahiyəyə qoymaqda fayda var.
Xardal sümük hüceyrələrini möhkəmləndirir, cinsi zəifliyi aradan qaldırır, uşaqlığı sağlamlaşdırır. Zəhərlənmələr zamanı xardal yemək zəhərlənmə əlamətlərini azaldır. Xardal görmənin yaxşılaşmasına səbəb olur.
Xardalın zərərli xüsusiyyətləri
Böyrək və vərəm xəstəlikləri zamanı xardaldan hazırlanmış preparatlardan istifadə eləmək olmaz. Həddindən çox xardal yemək mədə-bağırsaqlarda qıcıqlanmalara səbəb ola bilir. Ürək-damar xəstələri, yüksək təzyiqdən əziyyət çəkənlər xardal yeyərkən onun miqdarına nəzarət eləməlidirlər

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.