Xəstəliklərdən uzaq olmaq üçün yuxu cədvəli qurmalısınız- SƏBƏB

Nahar vaxtı və ya işdən sonra yatmaq vərdişindən imtina etməlisiniz.

Orqanik.az Lent.az-a istinadən bildirir ki, bu barədə psixiatr Maks Pemberton açıqlama verib.  

Pemberton, gün ərzində çox yatıb və yataqda uzun zaman keçirən insanların ateroskleroz riskinin əhəmiyyətli dərəcədə artdığını bildirib. Bu patologiyaya görə damarlar daralır, daxili orqanlara qan tədarükü pozulur, nəticədə insult, infarkt və ya qan laxtalanmasına yol açır.

Həmçinin, psixiatrın fikrincə, qeyri-sabit yuxu hipertoniya, diabet, ürək xəstəlikləri və əhval-ruhiyyənin pisləşməsinə səbəb ola bilər, buna görə də mümkün qədər yuxu rejimi qurmaq vacibdir.

Gecə istirahətinin keyfiyyətini yaxşılaşdırmaq üçün Pemberton ilk növbədə yatmazdan əvvəl cədvəl yaratmağı və yuxunun nə vaxt gəlməsindən asılı olmayaraq ona ciddi riayət etməyi tövsiyə edib. Məsələn, yatmazdan iki saat əvvəl işlərinizi bitirib istirahət etməlisiniz: e-poçtu yoxlamağı dayandırın, qadcetlərdən və telefondan uzaq durun, kitab oxuyun və ya vanna qəbul edin.

Psixiatr vurğulayıb ki, beynin yatmaq istəyi ilə əlaqələndirəcəyi vərdişləri inkişaf etdirmək lazımdır.

Pemberton qeyd edib ki, yatıb eyni vaxtda qalxmağı öyrənmək və işdən sonra yatmaq istəyinə təslim olmamaq vacibdir, çünki bu, rejimin pozulmasına kömək edir. Bundan əlavə, həkim sinir sistemini həyəcanlandıran hər hansı qida və içkilərdən uzaq durmağı tövsiyə edib. Xüsusilə, günortadan sonra kofe içməməli, gecə şokolad yeməməli və yatmazdan iki saat əvvəl spirt içməməlisiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.