Doktor Amen Sibtein “Daily Express”ə müsahibəsində xərçəngin əsas əlamətlərini açıqlayıb.
“Bədənin hər hansı bir yerində üç həftədən çox davam edən səbəbsiz ağrılarınız varsa, mütəxəssisə müraciət etməlisiniz. Bu, xüsusilə sümüklərdəki ağrılara aiddir.
Əsassız qanaxma və arıqlama da orqanizmdə ciddi pozuntulardan xəbər verir”, – deyə mütəxəssis bildirib.
Orqanik.az oxu.az-a istinadən bildirir ki, bundan əlavə, o, xərçəngin simptomları arasında yorğunluq, gecə tərləmələri, şişkinlik, daimi öskürək və udma problemini də sadalayıb.
Orqanik.az