Rusiyanın Tomsk şəhərinin cərrahları gözünü itirmək təhlükəsində olan kişi xəstəni xilas ediblər.
Orqanik.az bakupost-a istinadən xəbər verir ki, beynində şiş əməliyyatından sonra kişinin üçlü siniri zədələnmişdi.
Onun gözü bağlanmırdı, görmə sinirinin həssaslığı pozulmuşdu.
Kişinin gözü demək olar, görməni itirmişdi.
Tomskın Mikrocərrahiyyə institutunun cərrahı Andrey Baytinger xəstədə eyni vaxtda 2 əməliyyatı icra edib: göz qapağının açılmasını təmin edib, ayağından sinir götürərək üçlü siniri bərpa edib.
Oftalmoloq cərrah Yevgeniy Başnak isə yeni siniri göz almasınının sinirinə birləşdirib.
Əməliyyat uğurla bitib, bir neçə aydan sonra kişinin gözü bərpa olub.
Orqanik.az