Təxminən hər iki insandan birində yaşadığı illər ərzində xərçəngin hər hansı bir forması inkişaf edir.
Orqanik.az oxu.az-a istinadən bildirir ki, bu barədə İngiltərənin Milli Səhiyyə Xidmətinin ekspertləri bildiriblər.
Onların sözlərinə görə, bütün xərçəng növlərinin qarşısını almaq mümkün deyil, lakin riski azaltmağın sübut edilmiş yolları var.
“Aktivliyi saxlamaq sağlam şəkildə artıq kiloları itirməkdə və ya çəkini saxlamaqda kömək edə bilər. Bu isə 13 müxtəlif növ xərçəng riskini azaldır. Məsələn, çox idman edirsinizsə, bu, döş xərçəngi, yaxud bağırsaq xərçənginin qarşısını almağa kömək edə bilər”, – deyə mütəxəssislər bildiriblər.
Daha çox fiziki aktivliyi daha az xərçəng riski ilə əlaqələndirən sübutlar müşahidə tədqiqatlarından əldə edilib. Bu zaman insanların fiziki fəaliyyətləri barədə məlumatlar öyrənilib, sonra isə həmin adamlar uzun illər (xərçəng diaqnozu üçün) izləniliblər.
Həkimlər onu da qeyd ediblər ki, gün ərzində uzun müddət oturmaq və ya uzanmaq sağlamlıq üçün zərərlidir.
“Hətta idmanla məşğul olan insanlar da günün qalan hissəsində hərəkət etmədən çox vaxt keçirə bilirlər. Ancaq uzun müddət oturma və ya uzanmağın xərçəngə tutulma riskini artırıb-artmadığı hələ aydın deyil. Bu, hələ araşdırılır”, – deyə onlar əlavə ediblər.
Orqanik.az