A vitamini antioksidantdır və onkologiyadan qoruyur, lakin onun həddindən artıq dozası, əksinə onkologiyaya səbəb ola bilər.
Digər vitaminlərin də həddindən artıq dozası mənfi nəticələr doğurur.
Məsələn, sintetik C vitamininin həddindən artıq olması böyrək daşlarının, allergik reaksiyaların yaranmasına gətirir.
D vitamininin artıqlığı isə qaraciyər problemləri, ürək bulanması, başgicəllənmə, qusma və ya qəbizliyin meydana gəlməsinə səbəb ola bilir.
E vitamininin həddindən artıq olması hamilələrdə dölün tələf olmasına gətirib çıxarır.
K vitamininin çox yüksək dozası tərləmə və yüksək tempratur yaradır.
Hər hansı bir vitamini qəbul etməzdən əvvəl mütəxəssisə müraciət etmək mütləqdir.
Orqanik.az