XƏBƏRDARLIQ: Gec axşam yeməyi xərçəng riskini artırır

Barselonadakı Qlobal Sağlamlıq İnstitutunun alimləri müəyyən ediblər ki, yatmazdan iki saat az əvvəl axşam yeməyi yemək döş və prostat xərçəngi riskini artıra bilər.

Orqanik.az lent.az-aa istinadən xəbər verir ki, mütəxəssislər 621 prostat vəzi xərçəngi və 1205 döş xərçəngi xəstəsinin xəstəliyi ilə bağlı məlumatları təhlil ediblər.

Bundan əlavə, onlar 1321 qadın və 872 kişidən ibarət xərçəng xəstəliyinə tutulmayan könüllü nəzarət qrupunu yığıblar, onlar yuxu rejimi və nə vaxt yemək yedikləri ilə bağlı sualları cavablandırıblar. Nəticədə, elm adamları yatmazdan ən azı iki saat əvvəl yemək yeyənlərin, axşam yeməyindən dərhal sonra yatanlarla müqayisədə döş xərçənginə tutulma riskinin 16 faiz və prostat xərçənginə tutulma riskinin 26 faiz daha az olduğunu aşkar ediblər.

Bu təsir erkən qalxanlar və sağlam bədən çəkisini saxlamaq və çox spirt içməmək kimi standart xərçəngin qarşısının alınması qaydalarına əməl edənlərdə daha güclü olub.

Alimlərin fikrincə, döş vəzinin və prostatın onkoloji xəstəlikləri çox vaxt dalğalanmaları orqanizmin gündəlik ritmlərindən asılı olan müxtəlif hormonların fəaliyyəti ilə əlaqələndirilir. Buna görə gec yemək gündəlik ritmlərin pozulmasına və sonradan xərçəngə səbəb ola biləcək səbəblərdən biridir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.