Vitamini Qabığında Olan Tərəvəz və Meyvələr

İllərdir eşidirik ki, “onun əsas vitamini qabığındadır” amma bu, həqiqətən də doğrudurmu? Budur, qabığı vitamin anbarı olan meyvələr…

Vitaminlərlə zəngin olan meyvələrin qabıqlarında insan sağlamlığı üçün faydalı olan çoxlu antioksidantlar toplanır. Hətta deyə bilərik ki, bir çox meyvə və tərəvəzin əsas faydası qabığındadır. Evdar.az qabığı vitamin anbarı olan meyvələrin siyahısını təqdim edir.

Qabıqları ilə yeyilməsi ən asan meyvə- ALMA

Artıq məlumdur ki, alma xərçənglə mübarizə aparır. Almanın tərkibindəki lif və flavonoidlər insan sağlamlığı üçün vacibdir. Amma ən güclü döyüşçü hüceyrələri almanın özündə deyil, qabığında toplanır. Bəzilərinə görə qabığı ilə yeyilməsi çətin olan, bəzilərinin isə qabığı ilə yemək vərdişi olan almanı qabığını soymadan keçib şirəsini içə və ya püresini istehlak edə bilərsiniz. .Ancaq birbaşa yemək vitaminlərin ölməməsi baxımından çox daha faydalıdır.

Ancaq hər almanı qabığı ilə yemək olmaz. Əgər alma qabığında parafin varsa, onu yemək xeyirdən çox zərər verər. Parafin piştaxtada tərəvəz və meyvələrin ömrünü uzatmaq üçün istifadə edilən zərərli maddədir. Bu maddə sayəsində almanın xarici səthi olması lazım olduğundan çox daha parlaq görünür. Odur ki, əvvəlcə dırnağınızla almanın qabığını sürtməyə çalışın, əgər ağlıq varsa, o almanın qabığını yeməyin.

Artıq qabıqlarını üzümüzə yapışdırıb yeməyəcəyimiz- XİYAR

Xiyarın faydaları saysız-hesabsızdır. Dərinin və bədənin ən yaxın dostlarından biri olan bu sıfır kalorili tərəvəz, gündəlik yemək məhdudiyyəti olmayan bir sağlamlıq anbarıdır. Tərkibindəki silisium əsl kollagen anbarıdır, dərini dolğunlaşdıran, yığıcı və qırışları aradan qaldıran təsirə malikdir. Gündə ən az 5 mq istehlak etmək maksimum fayda əldə etmək gücünə malikdir. Bu 5 mq bir xiyarın qabığından götürülə bilər. Üstəlik, onların qabıqları təzə istehlak edildikdə olduqca dadlıdır.

Artıq qabıqlarını üzümüzə yapışdırıb yeməyəcəyimiz- XİYAR

Xiyarı qabığı ilə istehlak etməkdə çətinlik çəkirsinizsə, onu qatıqla qarışdırıb cacık olaraq istehlak edə və ya suyunu sıxa bilərsiniz. Ancaq qalan lətini də su ilə qarışdırıb istehlak etməsəniz, təəssüf ki, çox faydası olmayacaq. Digər mühüm məqam isə xiyarın duz ilə yemək ənənəsidir. Bu olduqca yanlış və xiyarın faydasını azaldan bir hərəkətdir. Uzaq durmaq lazımdır!

Qabığı ilə istehlakı çox çətin olan meyvə- KİVİ

Bilirik ki, bu meyvənin qabığını istehlak etmək çox çətindir. Əslində, bu siyahıda olacağını heç gözləmədiyiniz bir meyvədir. Lakin o tüklü tikanlı qabıqda olan kimyəvi birləşmələr əsl bakteriya ovçusudur. Hüceyrələri bərpa etmək qabiliyyətinə də malikdir. Saç üçün çox faydalıdır və eyni zamanda tərkibindəki lif sayəsində həzm problemlərinin həllində aparıcı rol oynayır.

Qabığı ilə istehlakı çox çətin olan meyvə- KİVİ

Qabığıyla birlikdə yeyə bilməyənlər mətbəx robotunda püre halına gətirərək istehlak edə və ya içkisinə qarışdıra bilər. Bundan əlavə içindəki yumşaq dad qabığın sərtliyini boğa bilər.

Qabığı bir az acı olsa da sınamaq olar- PORTAĞAL

Portağalların nə qədər faydalı olduğunu hamımız bilirik. Xüsusilə qış mövsümündə bizim üçün şəfa mənbəyinə çevrilir. Tərkibindəki C vitamini haqqında danışmağa belə ehtiyac yoxdur. Bunlardan başqa portağal “vitamini qabığında” anlayışına tam uyğundur, çünki qabığın tərkibindəki limonen əsl UV şüalarına qarşı mübarizə aparır. Gün ərzində istehlak etdiyiniz bir dilim portağal qabığı dəri xərçəngi riskini 30%-ə qədər azaldır. Portağal qabığının xolesterol səviyyəsini balanslaşdırdığı da məlumdur.

Qabığı bir az acı olsa da sınamaq olar- PORTAĞAL

Əslində portağal qabığı yeyilməsi mümkün olmayan bir şey deyil. Portağal qabığından hazırlanan mürəbbələr səhər yeməyi süfrələrinin əvəzolunmazıdır artıq. Çiy istehlakda, əgər acı dad sizi narahat edirsə, portağal suyunun içinə bir az portağal qabığını rəndələyib, acı dadını bir az yumşalda bilərsiniz.

İnanması çətin olsa da- QARPIZ

Təbii ki, qarpız qabığının yeganə faydası yazın gəlişindən xəbər verməsi deyil. Qarpızın orqanizmimizə ən böyük faydası böyrəklərimizi təmizləməsidir və antioksidan xüsusiyyətləri ilə xərçəngə qarşı qoruyucudur. Ancaq qarpızı qabığı ilə birlikdə istehlak etmək o demək deyil ki, siz qarpızı alıb tamamilə yeyirsiniz. Xarici səthi, yəni yaşıl hissəni soyun,içərisində qalan ağ qabığı ilə istehlak etmək çox faydalıdır.

İnanması çətin olsa da QARPIZ

Meyvələri qabıqları ilə birlikdə istehlak etmək çox vacibdir. Biz bunu bir daha anladıq. Üstəlik, qabıqları yeyilən yeganə meyvə tərəvəzlər bunlar deyil. Kartof, banan, soğan, sarımsaq, pomidor, naringi və yerkökü kimi bir çox meyvə və tərəvəzin qabığı düşündüyünüzdən çox daha faydalıdır.

Ancaq bu meyvə və tərəvəzləri istehlak etməzdən əvvəl nəzərə alınması lazım olan vacib bir məqam var ki, həddindən artıq istifadə etdikdə xeyirdən çox zərər verə bilər. Meyvə və tərəvəzlərin qabıqlarını istehlak etməzdən əvvəl onları yaxşıca yumaq lazımdır. Torpağın altında və ya üstündə bitən bu tərəvəz və meyvələrin üzərində müxtəlif dərman qalıqları ola bilər.

Meyvələri istehlak etməzdən əvvəl qabığını yaxşıca yuduğunuzdan əmin olmalısınız.

Bu yazı Xəbərlər kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.