Vitamin çatışmazlığı haqqında xəbər verən simptomlar

Payız və qış mövsümləri gəldiyi zaman yataqdan qalxmaq prosesi çətinləşir, işə və ya dərsə yuxulu halda gedirik, demək olar ki, çox zaman dağınıq və sinirli oluruq. Bəzi insanlarda hətta depressiya yaranır.

Bütün bu əlamətlər orqanizmdə vitamin çatışmazlığı haqqında xəbər verir. Əgər bu vitamin çatışmazlığını bərpa etsək o zaman yenidən sağlıqlı və gümrah həyata davam edə bilərik.

AVİTAMİNOZ ƏLAMƏTLƏRİ

1. Dərinin quruması
E vitamininin çatışmazlığı səbəbindən yaranır. Bunu bərpa etmək üçün rasionunuza qoz-fındıq, yağlı balıq və bitki yağları əlavə edin.

2. Qırılan saç və dırnaqlar.
Bu əlamətlər orqanizmdə B qrupu və kalsium çatışmazlığından xəbər verir. Bu vitaminlərlə əsasən paxlakimilər, buğdakimilər və çörəkdə zəngindir.

3. Damaq qanamaları.
Bu C vitamini çatışmazlığından xəbər verən əlamətdir. C vitamini ilə soğan, sarımsaq, meyvə-tərəvəzlər zəngindir.

4. Pis yuxu və qıcıqlanma
Maqnium və kalium çatışmazlığından xəbər verir. Bu mikroelementlər ərik qurusu, qara gavalı və çuğundurun tərkibində mövcuddur.

5. Gecə titrəmələri
Bu da həmçinin kalium və maqnium çatışmazlığından xəbər verir.

6. Dirsəklərdə dərinin dəyişməsi
Bu C və A vitamini çatışmazlığının aydın əlamətidir. Onlar bütün narınc meyvə və tərəvəzlərin tərkibində vardır: yerkökü, balqabaq, pomidor, ərik və ərik qurusu.

7. Şirniyyat istəyi
Sinir sistemi pozulduqda adətən belə hallar baş verir. Təcili halda enerji təchizatı olan qlükoza lazımdır.Bu halda bal və ya tünd şokolad istifadə etmək daha yaxşıdır.

8. Yeməklər dadsız, şit hiss olunur.
Bu depressiyanın əlamətlərindən xəbər verir artıq.

9. Günəbaxan tumu çırtlamaq həvəsi yaranır.
Orqanizmdə antioksidant çatışmazlığından xəbər verir.

10. Turş bir şeylər istəyi.
Qaraciyər və öd kisəsinin stimullaşdırılması üçün orqanizm özü bu tip məhsulları tələb edir. Rasionunuza limon və quşüzümü əlavə edə bilərsiniz.

11. Dəniz məhsullarına qarşı istək
Bu adətən orqanizmdə yod çatışmazlığından xəbər verir.

Orqanizm çatışmazlıqlardan daima xəbər verə bilən inanılmaz ağıllı bir sistemdir. Sadəcə tələb olunan – sizin bu “siqnallara” daim nəzər etmənizdir!

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.