Virus hər bir ölkədə 90% əhalini haqlamayınsa, əl çəkən deyil – Virusoloq alim

“Məndən hələ də bu virusun sonu barədə soruşurlar. Bəzi suallara cavab verməkdən yoruldum. Koronavirus barədə hamınızı maraqlandıran əsas suallara, məsələlərə gerçək bildiyim faktları və fikirlərimi toplayıb yazıram. Virus var, bunu heç kim dana bilməz”.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bu açıqlamanı Vyetnamda monitorinq və sosial araşdırma bürosu olan, Yaxın Şərq ölkələri ilə əməkdaşlıq edən, bir çox Şərq dövlərində ofis nümayəndəliyi olan,rusiyalı mütəxəssis Marina Doye bildirib.

“Virus var, epidemiya var, amma bunun ətrafında cərəyan edən çaxnaşma, karantinin arxasında insanların həyatı, sağlamlığı qeydinə qalmaq yox, tamam başqa məqsədlər dayanır.
Kütləvi informasiya vasitələrini izləyin, baxın ki, hətta kiçik rəsmi və ya qeyri rəsmi informasiyanı necə dəhşətli dərəcədə təqdim edirlər. Ölümlər haqqında xəbərlər iri hərflərlə, qara haşiyədə, sanki nekroloq kimi yazılır.

İtaliyada 89 yaşlı ər-arvadın koronavirusdan ölümü elə xırda detallarına kimi təsvir olunur ki, sanki cavan oğlan xərçəngdən ölüb.

Bir bloger isə instagramda küçəsində yaşlı ər-arvadın ölümünə sanki ağı deyir. “Əvvəl ər öldü, sonra arvadı. Onların yaşadığı evin yanından keçməyə qorxuram. Evin divarını təzəlikcə rəngləmişdilər. Yazıqlar”….

Başa düşmürəm, bu bloger bu vaxta kimi məhəlləsində hər ölən üçün belə ağı deyirdi. Bəlkə də bu vaxta kimi qonşuluğunda infarktdan, insultdan ölən 56 yaşlı kişidən xəbərsiz idi. Bəli, ölüm qorxuludur. Hər yaşda. Amma İtaliya, ABŞ mətbuatı bu vaxta kimi hansı xərçəng xəstəsinin ölümünü, son anını, tabunu çəkib təsvir edib. O ölənlər vətəndaş deyildi?

– Bu virusun müalicəsi yoxdur – Hansı qripin müalicəsi var ki. Herpesin, papilomanın müalicəsi varmı? Yox. O zaman niyə koronavirus qabardılır?

– “Filan qədər insan bu gün koronavirusdan öldü” – Virusdan heç kim ölmür, virusun ağırlaşmasından ölürlər. Hansı ki, o insanlar adi bir qrip həmləsindən də gedəcəkdilər. Çünki orqanizmləri bu dərəcədə çöküb.

– “Vaksin çıxan kimi, bəla bitəcək” – Xeyr. Vaksin sağlam insanlara vurulur və o da ömürlük müdafiə deyil. Qrip vaksini də vuranda, həkimlər 100% söz vermir və vaksin vurulan adam qripə yoluxa bilir.

– “Evdə oturun ki, virus azalsın” – İnsanları bir əsr bağlı qapılar arxasında saxlasaz da, onlar çıxan kimi yenidən epidemiya başlayacaq. İstənilən epidemiya bir ölkədə əhalidə həmin virusa qarşı kollektiv immunitet yarandıqdan sonra sönməyə doğru gedir. Bu təbiətin qanunudur. Hazırda 30% insan yoluxubsa, bu rəqəm 70% ə qalxmalıdır. 75% insan koronavirusu keçirib və bundan xəbər tutmayacaq. Amma immuniteti yaranacaq.

Bu gün karantin elan edə ölkələrdə karantini ləğv olunandan sonra epidemiyanın ikinci dalğası başlayacaq. Bunu bilmək üçün alim olmaq lazım deyil. Virus hər bir ölkədə 90% əhalini haqlamayınsa, əl çəkən deyil.

” İtaliyanın gününə düşmək istəyirsiz?”- Az qala məsələ çevrilib. Bir qorxu misalıdır İtaliya. İtaliya öz əlləri ilə quyusunu qazdı. İşə yaramayan və təhlükəsizlik sistemi olmayan xəstəxanaları daxilində virusu çoxaldıb ətrafa yaydı. İtaliyada virusu bu həddə xəstəxanalar və tibbi personal oldu. Epidemiyanın başlanğıcında minlərlə insanı xəstəxanaya daşıyıb ordaca yoluxdurdular”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.