Virus epidemiyası indi də gözlərdə təhlükə yaradır! Xəbərdarlıq edildi

Koronavirus və Omikrondan sonra virus infeksiyalarına gözlərdə də rast gəlinməkdədir. Son həftələrdə adenovirusla əlaqəli konyunktivit (göz iltihabı) hallarında epidemiya səviyyəsində ciddi artım olduğunu bildirən mütəxəssislər, həftələrlə davam edən və görmə itkisinə səbəb ola bilən adenovirus infeksiyasının çox sürətlə yoluxduğunu açıqlayıblar.

Orqanik.az aztibb.az-a istinadən bildirir ki, səhiyyə rəsmiləri son zamanlar tənəffüs yolu infeksiyaları səbəbiylə gündəmdə olan adenovirusların gözdə iltihaba səbəb olan növlərinin olduğuna diqqət çəkir.

Xəstəliyin ailə üzvləri arasında, xüsusilə də yaxın təmas, gigiyenaya əhəmiyyət verilməməsi səbəbindən və əl-göz təması ilə sürətlə yayıla biləcəyi bildirilir. Qeyd olunur ki, kiçik yaş qruplarında təmasın qarşısının alınması daha çətin olduğundan risk yüksəkdir.

Adenoviral konyunktivitdə simptomlar adətən təmasdan bir neçə gün sonra başlayır. Birtərəfli başlasa da, 50% hallarda digər gözdə bir həftə ərzində tutulma müşahidə edilə bilər. Gözdə qızartı, çirklənmə və ön limfa düyününün böyüməsi kimi başlayır. Sonra bir həftə və ya bir neçə gün ərzində digər gözdə simptomlar görünür, hətta görmə itkisinə səbəb ola bilir.

Oftalmoloqlar kirpiklərdə şiddətli çirk səbəbiylə səhər gözləri aça bilməmək kimi narahatedici əlamətlərlə özünü göstərən adenovirus infeksiyasına qarşı təsirli bir müalicə üsulunun olmadığını, lakin müəyyən müalicələrin tətbiq oluna biləcəyini izah edirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.