İstər gözəllikdə, istərsə də həyati problemlərdə Vazelinin bilmədiyimiz 20 fərqli istifadə qaydası mövcuddur:
– Təraşdan sonra dərinizi yumşaldır.
– Gözəl dodaqlar üçün çox effektiv təsir vasitəsidir.
– Bədəninizin günəşdə qaralmayan hissələrinə, xüsusilə dizlərinizin arxasına və biləklərinizin içinə çəksəniz, rəng fərqini aradan qaldıracaqdır.
– Qaşlarınıza çəkdiyinizdə həmin hissəni yumşaldır və qaşlarınızı daha ağrısız şəkildə aldırmanızda təsirli olur.
– Kirpiklərinizin böyüməsinə yardımçı olur. Gecə kirpiklərinizə çəkin və təsirini hiss edin.
– Quru dərinizə çəkdikdə dərhal təsirini göstərir.
– Saçlarınızı boyayan zaman alnınızın birləşdiyi hissəyə çəksəniz, boya üzünüzdə iz qoymayacaq.
– Quru və çatlamış dirsəkləri yumşaldır.
– Ətir vurduğunuz nöqtələrə çəksəniz, Vazelin ətrin daha qalıcı olmasını təmin edir.
– Vazelinin məsamələri tıxadığı haqda məlumat yanlışdır. Tam əksinə, daha yumşaq bir dəri üçün üzünüzə, boynunuza və qollarınıza çəkə bilərsiniz.
– Dişinizə bulaşan dodaq boyası Vazelin çəkdiyinizdə yox olacaqdır.
– Gecədən qalan makiyajın təmizlənməsini böyük nisbətdə asanlaşdırır.
– Göz makiyajının altına, yanaqlarınıza və dodaqlarınıza çəkdiyiniz zaman daha parlaq və daha təzə görünüş əldə edə bilərsiniz.
– Aksessuarlarınıza yeni təsirli görünüş verir. Ayaqqabılarınıza az miqdarda çəkin və fərqi görün!
– Saçlarınızın ucları sağlam görünmürsə, az miqdarda saçlarınıza çəkin.
– Geyimlərinizə bulaşmış makiyaj izi varsa, üzərinə Vazelin çəkərək daha asan çıxmasını təmin edə bilərsiniz.
– Dırnaq boyasını növbəti dəfə daha asan açmaq üçün qapağın altına Vazelin çəkin.
– Pilinq olaraq da Vazelindən istifadə edə bilərsiniz. Dəniz duzu ilə qarışdırın və duşdan sonra bədəninizə çəkin.
– Taxma kirpik yapışdırıcısını asan çıxarmasına yardımçı olur.
– Qulaq məmənizi dəldirən zaman çəkəcəyiniz Vazelin həmin hissəni sürüşkən edir və beləliklə prosedur də daha ağrısız və asan olur.
Orqanik.az