Vanna otağı daima nəm olduğu üçün kif göbələkləri orada asanlıqla artıb çoxala bilirlər. Nəmişlik kif göbələklərinin artması üçün əlverişli mühitdir. Vanna otağındakı kifi müxtəlif kimyəvi dərman vasitələri ilə təmizləmək mümkündür. Amma bəzi təbii vasitələrlə də kif göbələklərindən azad olmaq olar. Bəs bunlar hansı vasitələrdir?
Uksus, limon şirəsi və tərkibində turşu olan digər məhsullarla vanna otağındakı kifi təmizləmək mümkündür. Bunun üçün aşağıdakı üsullardan istifadə etmək lazımdır:
1. Çay ağacı yağı və ya qreyfrut cecəsinin dəmləməsi kiflərin təməzlənməsinə yardım edir.
2. Sirkəni kif səbəbli qaralmış yerə töküb, bir az gözləyin. Bir müddət sonra köhnə diş şotkası və bol su ilə yuyub, təmizləyin.
3. Limon şirəsi vasitəsilə də kiflərin öhdəsindən gəlmək olur. Əgər sizdə şirə əldə eləmək üçün yetərincə limon yoxdursa, limon duzu ilə suyun qaışımından istifadə edə bilrsiniz. Limon şirəsi xalça və palazın da üstünə düşmüş kif ləkəsini aparır. Bunu eləmək üçün xalçanın kif düşmüş hissəsinə limon şirəsi sürtüb günün altına qoymaq lazımdır.
Əgər evinizdə hansısa bir yerdə kif ləkəsi görmüsünüzsə onun üstünü örtməyə, rəngləməyə çalışmayın. Bu bir müddət sonra sizin evinizdən xoşagəlməz qoxunun gəlməsinə səbəb olacaq. Siz çalışın ki, kifi təmizləyib, onun kökünü kəsəsiniz. Çünki kif göbələkləri az miqdarda olsa qalsalar, onlar mütləq artıb çoxalacaq.
Çalışın vanna otağınızın pəncərəsini açıq saxlayın. Evinizin havasını tez-tez dəyişin ki, xoşagəlməz hallarla rastlaşmayasınız.
Orqanik.az