Ektodermal displaziya və porfiriya genetik xəstəliklərdəndir. Bu xəstəliklərə vampir xəstəlikləridə deyilir. Xəstəliyin əlamətləri aşağıdakılardır:
* işığa qarşı həddindən çox həssaslıq
* normadan artıq tüklənmə
* qarında ağrılar
* dərinin bəzi hissələrində şikinliklər.
Belə xəstələrin anamnezlərinə qulaq asdıqdan və onlarda qana ehtiyac duyan xəstəliklərin olması səbəbindən vampir xəstəliyi adı verilməsi məqsədəuyğun sayılır. Vampir xəstələyi üzərində araşdırmalar aparan alimlər xəstəliyin yüz illər boyu mövcud olmasını vurğulayırlar. Mütəxəssislər xəstəliyin əlamətləri kimi üzün tüklənməsi, əllərin formasında dəyişikliyi, belə xəstələrin gündüz deyil gecələr küçəyə çıxmasını qeyd edirlər. Bu xəstəliyə düçar olanların enzimlərində patologiya olduğu aşkarlanmışdır.
Xəstəlik yeniyetmə yaşlarında özünü göstərməyə başlayır. İlkin əlamətləri səbəbsiz yerə 2-3 həftə baş verən qarın ağrılarıdır. Daha sonra xəstəlik narahatçılıq, gərginlik, günün altında 20 dəqiqə qalmasına baxmayaraq dəridə baş verən şişkinliklərlə özünü göstərir.
Dünyanın bütün ölkələridə ektodermal displaziya və profiriya xəstəliyindən əziyyət çəkənlər var. Onların statistikası və həyat tərzi daima araşdırılır.
Orqanik.az