Cənubi Danimarka Universitetinin alimləri uzunömürlüyün əsas səbəbini açıqlayıb. Uzunömürlülük səhiyyə institutlarının inkişaf etmiş ölkələrdə artmaqdadır. Belə ölkələrdə yaşlı nəsillə müəyyən proqramlar çərçivəsində xüsusi işlər aparılır.
Tədqiqatçılar 1870-1904-cü illər arasında doğularaq 100 yaşa qədər çatmış 17000 insanın məlumatları haqda araşdırmalar aparıb. Nəticədə 10995 insanın İsveçdən, qalanının isə Danimarkadan olması məlum olmuşdur.
İsveçlilərin ümumi ölüm halları danimarkalılara nisbətən daha aşağı idi. Danimarkalılar isə, isveçlilərə nisbətən daha gec dünyadan köçürlər.
Alimlər qeyd edir ki, Danimarkada uzunömürlüyün əsas şərtlərindən biri gündəlik aktiv həyat tərzinin (AHT) olmasıdır. Yüksəl AHT göstəricilərə malik olan yaşlı insanlar, başqaları tərəfindən daimi köməyə ehtiyac duymur və müstəqil olaraq öz işlərini özləri görə bilir.
Orqanik.az