Cildə qulluq üsullarında xüsusən tərəvəzlərdən daha çox istifadə olunur. Bəs müxtəlif maska reseptlərində yer alan xiyarın şişkinliyə qarşı müalicəvi xüsusiyyətini bilirdinizmi?
Orqanik.az Axşam.az-a istinadən xiyarla şişkinliyi azaldan və dəri altında iltihabı aradan qaldıran üsulu təqdim edir.
Öncədən qeyd edək ki, bu tərəvəz nəmləndirici özəlliyə malikdir. Sızanaqlara meylli dərilərdə müşahidə olunan qıcıqlanmanı və iltihabı azaldır.
Belə ki, üzünüzdəki şişkinliyi aradan qaldırmaq üçün bu tərəvəzi soyuducuda bir az dondurmağınız kifayətdir. Dondurulmuş xiyarla üzünüzü və ya bədəninizdə şiş olan bölgəni masaj edin.
Bunun üçün xiyari dairəvi deyil, ortadan kəsməyiniz məsləhət görülür. Sonra dərini kəsilmiş tərəfi ilə massaj edin.
Orqanik.az