Uşaqlıq yolundan yaxma və onun nəticələri

Müxtəlif ginekoloji xəstəliklərin, sonsuzluğun müayinəsi və müalicəsi və hamiləlik zamanı qadın “bakterioloji yaxma” adlandırılan analiz verir. Bu sadə və eyni zamanda çox məlumatlı analizdir.

Analiz üçün qadının uşaqlıq yolundan və uşaqlıq boynu kanalından yaxma götürülür. Bu analizin məqsədi qadının uşaqlığında və uşaqlıq boynunda “yaşayan” mikroorqanizmləri nə onların miqdarını təyin etməkdən ibarətdir.

İnsanın dərisinin üzərində, burnun və ağzın içində müxtəlif mikroorqanizmlər “yaşayır”. Bu normal haldır.

Sağlam qadının uşaqlığı da steril deyil, orada da müxtəlif mikroorqanizmlər “yaşayır”. Bu fizioloji haldır və bu mikroorqanizmlər uşaqlığın normal mikroflorasını təşkil edir.

Normal mikrofloranın əsas hissəsini laktobasillər (Dederleyn çöpləri) təşkil edir. Bu basillər hidrogen peroksidi hazırlayır ki, bu kimyəvi maddə uşaqlıqda turş mühit yaradır. Turş mühit qadının ginekoloji sağlamlığı üçün çox vacibdir – xəstəliklər törədən barkerilərin çoxalmasına mane olur. Beləliklə, uşaqlığın xeyirli mikroflorası uşaqlığı ziyanlı bakterilərdən qoruyur.

Dederleyn çöplərdən əlavə sağlam qadının uşaqlığında az miqdarda stafilokokklar, streptokokklar, Kandida göbələkləri, qardnerella və həmçinin ureaplazmlar aşkar oluna bilər.

Müxtəlif ginekoloji xəstəliklər zamanı uşaqlığın mikroflorası dəyişilir və bu dəyişikliklər həkimə xəstəliyin səbəbini təyin etməyə imkan verir.

Yaxma analizindən 2-3 gün əvvəl qadın cinsi əlaqədən imtina etməli, intim gigiyena vasitələrdən istifadə etməməli, uşaqlıq yolunu dərin yumamalıdır. Analizdən 1 həftə əvvəl vaqinal şamlardan, həblərdən və spreylərdən istifadə etmək olmaz.

Analiz adətən menstruasiyadan sonra və ya menstruasiyadan əvvəl keçirilir. Analiz səhər verilir. Analiz günü xarici cinsiyyət orqanları yumaq olmaz.

Yaxmanın götürülməsi adətən heç bir ağrılarla müşayiət olunmur. Xüsusi ginekoloji güzgünün köməyi ilə həkim uşaqlıq yolunu enlədir və steril şpatellə burada olan seliyin mikroskopik hissəsini götürərək laborator şüşəyə yığır. Daha sonra yaxma laboratoriyaya göndərilir. Nəticə adətən bir neçə saatdan sonra hazır olur.

Yaxma bu kimi xəstəliklərin diaqnostikası zamanı istifadə oluna bilər: vaqinit, servisit, bakterial vaqinoz, kandidoz və həmçinin cinsi yolu ilə keçən infeksiyalar (xlamidioz, süzənək, trixomoniaz, ureaplazmoz).

Yaxma analizin nəticələri pasientə xüsusi blankda verilir. Bu blankda bu pasientin analizin nəticələri və normal nəticələr qeyd olunur.

Leykositlər normada yaxmada az miqdarda qeyd olunur. Bu miqdar normadan çox olduqda, bu infeksiyanın əlaməti ola bilər.

Laktobasillər (Dederleyn çöpləri) uşaqlığın normal mikroflorasının əsas nümayəndələridir. Laktobasillərin miqdarı norma ilə müqayisədə az olduqda, bu uşaqlığın mikroflorasının pozulmasından xəbər verir və bakterial vaqinoz və hər hansı digər infeksiyanın əlaməti ola bilər.

Kandida göbələkləri (az miqdarda!) uşaqlığın normal mikroflorasının nümayəndələridir. Lakin onların miqdarının artması uşaqlıqdan ifrazatların çoxalması və cinsiyyət orqanın qaşınması fonunda kandidozun əlaməti sayılır.

Yastı epiteli hüceyrələri uşaqlığın iç səthindən laylanan hüceyrələrdir. Onların yaxmada olması normal sayılır. Lakin bu hüceyrələrin miqdarının artması iltihabın əlaməti sayılır.

Seliyin yaxmada olması normaldır. Lakin seliyin miqdarının normadan çox olması infeksiyanın əlaməti sayılır.

Bağırsaq çöpləri bağırsağın normal mikroflorasıdır. Az miqdarda bağırsaq çöpləri sağlam qadının uşaqlığında ola bilər. Lakin onların miqdarının norma ilə müqayisədə artması bakterial vaqinozun və ya şəxsi gigiyena qaydalarının kobud şəkildə  pozulmasının əlaməti ola bilər.

Koklar (stafilokokk, enterokokk, streptokokk) şərti patogen (xəstəlik törədən) mikroblardır. Lakin bu mikroblar yalnız müəyyən şəraitdə xəstəlik törədə bilər (immunitetin kəskin zəiflənməsi və s.). Az miqdarda kokların yaxmada olması norma sayılır. Kokların miqdarının artması infeksiyanın əlaməti sayıla bilər.

Qardnerella normada yaxmada olmamalıdır və ya az miqdarda olmalıdır. Qardnerellaların yaxmada çox miqdarda olması bakterial vaqinozun əlaməti sayılır.

Qonokokklar (Gn, diplokokklar) normada yaxmada olmur. Qonokokkların yaxmada olması süzənək xəstəliyin əlamətidir.

Trixomonadlar normada yaxmada olmur. Onların yaxmada olması trixomoniazın əlamətidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.