Kompyuter və cib telefonları müasir günümüzdə azyaşlı və idtidai sinifdə oxuyan uşaqların da gündəlik həyatına çevrilib. Belə ki, məktəbdən gələn uşaqlar günlərinin çox hissəsini kompyuterin qarşısında keçirir. Azyaşlıların isə valideyinlərinin cib telefonları ilə saatlarla oynadığı hamıya məlumdur. Həyatımızda nə qədər istəsək də biz bunlardan kənarda qala bilmirik. Çünki texnologiya inkişaf etdikcə həyatımızın bir parçasına çevrilir. Mütəxəssislər kompyuter və cib telefonlarının azyaşlı uşaqların həyatında rolu olduğunu söyləyirlər. Texnoloji alətlərdə olan oyunların uşaqlarda bəzi patoloji xüsusiyyətlərə səbəb olduğu aşkarlanmışdır. Bunlara aiddir:
* sözə sonuna kimi qulaq asmamaq
* qarşısındakını eşitməmək
* qərar verə bilmək qabiliyyətinin pozulması
* beyin aktivliyinin pozulması
* içinə qapanma
* social fobiyalar
* əsəbilik
* davranış pozğunluqları.
Yuxarıda sadalanan əlamətlərin əksəriyyəti usagı texnoloji alətlərdən ayırmaq istədikdə baş verir. Əslində internetin məqsədi yaşından asılı olmayaraq bütün insanların inkişafına xidmət etməkdir. İnternet böyük bir araşdırma mərkəzidir. Onun vasitəsilə uzaq məsafədə yaşayanlar bir-biriləri ilə əlaqə saxlayır. Kompyuterin insanlara və insanlığa faydaları çox böyükdür. Amma internet oyunlarını kəşf edən bəzi işbazların məqsədi buna deyil, qazanc əldə etməyə çalışmaqdır. Bu məqsədlə də onlar müxtəlif yaş qrupunda olan insanları internetdə daha çox bağlı olması üçün müxtəlif cəlbedici oyunlar ixtira edir və ondan asılılıq yaradırlar.
Belə ki, müasir texnoloji alətlərin uşaqlarda asılılıq yaratması isə müasir uşaqların ətraf mühitdən aralı qalmasına, ətrafdakılarla göz təmasının kəsilməsinə, çoxluq olan yerlərdən xoşlanmamasına səbəb olur. Belə uşaqlar insanların içərisində olmaqdan sıxılır, tək qalmağa üstünlük verir və həddindən çox əsəbi olurlar.
Uzun müddət texlnoloji alətlə vaxtını keçirən uşaqlar özlərinə ətraf mühitdən dost tapmaqda çətinlik çəkir və tənhalığa üstünlük verirlər. Onların internetdən asılılığı artdıqca isə əsəbi və saldırğan olurlar. Onlarda göz yorğunluğu onurğada əyrilik baş verir. Məktəb yaşlı uşaqların internetdən asılı qalması isə onların dərsdən geriləməsinə səbəb olur. Onların fikri, kompyuterdə qaıdığı üçün dərslərini qısa yolla həll edib yenidən kompyuterə qayıtmaqda olur. Bir sözlə kompyuterdən uzaqlaşa bilməmək uşaqların dərsdən geri qalmasına səbəb olur.
Orqanik.az