Uşaqları körpə vaxtından soyuq havaya öyrəşdirmək…

Soyuq aylarda azyaşlılar böyüklərlə müqayisədə virus və infeksion xəstəliklərə daha tez yoluxurlar. Bunun başlıca səbəbi vitamin çatışmazlığı və immunitetin zəif olmasıdır. Həkimlərin dediyinə görə, uşaqların immun sisteminin möhkəmlənməsi üçün onları erkən yaşlarından soyuq hava şəraitinə öyrəşdirmək lazımdır. Həmçinin azyaşlıların həddindən artıq qalın geyindirilməsi məsləhət deyil.

Orqanik.az bildirir ki, həkim-pediatr Günay Rəsulova deyib: “Uşağın soyuq havaya öyrəşdirilməsi onların immun sistemini möhkəmləndirməkdə çox mühüm rol oynayır. Təəssüf ki, bəzi valideynlər uşaqları həddindən artıq istiyə öyrəşdirməyə meyillidir. Bunun ziyanı odur ki, havalar soyuyanda, uşaq isti şəraitdən soyuq şəraitə keçəndə onun həmin şəraitə uyğunlaşmağı zəif olur və həmin soyuq uşaq orqanizmi üçün bir stres faktoruna çevrilir. Bunun baş verməməsi üçün uşaq lap körpəlikdən yavaş-yavaş, tədricən həmin şəraitə öyrəşdirilməlidir”.

Onun sözlərinə görə, uşağın qaldığı otağın temperaturu maksimum 20-24 dərəcə olmalıdır. Həmçinin körpəni hər gün açıq havada ən azı bir saat gəzdirmək lazımdır: “Həmin temperaturda, deyək ki, 30-32 dərəcə isti temperatura uyğunlaşan uşaq xarici mühitə çıxanda tez xəstələnir. Bundan başqa uşağın soyuğa uyğunlaşdırılması və həmin mikroblarla təmas zamanı xəstələnməməsi üçün otağın temperaturunu normadan aşağı salmaq lazımdır. Lakin əksər ailələrdə valideynlər bunun əksini edərək otağı normadan isti saxlayırlar. Bu zaman otaqda yüksək temperatur nəticəsində uşağın nəfəs yollarında istidən quruma və qıcıqlanma baş verir, daha sonra isə öskürmə və burun tıxanması yaranır”.

Hətta körpənin hərarəti yüksələndə belə onu havaya çıxarmaq lazımdır. Bununla yanaşı, yeni doğulan uşaqları hər gün ilıq su ilə çimizdirmək tövsiyə olunur. 2 yaşdan sonra isə balacaları soyuq qidalara öyrəşdirmək məsləhət görülür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.