Uşaqlarda müşahidə olunan ishal əsas problemlərdən biridir. İshal olan uşaqlar ilk olaraq pediatra müraciət etməlidirlər. Çünki əsas səbəb araşdırılmalıdır.
Əgər xüsusi bir xəstəlik səbəbi yoxdursa immunitet.az-ın təqdim etdiyi üsullarla övladınızı ishaldan xilas edə bilərsiniz:
İlk olaraq qeyd edək ki, ishal 24 ərzində uşağın 3 dəfədən artıq sulu çölə çıxmasıdır(tualet ehtiyacı).
Əmizdirilən körpələrdə isə bu rəqəm daha çoxdur. İshalın təsiri ilə uşaqlarda qusma,qarın ağrısı, qızdırma ola bilər.
Kartof – İshaldan xilas olmağa kömək edəcək. Kartofun tərkibindəki nişasta sayəsində sulu axıntı sərtləşə bilər və ishal nəzarət altına alına bilər. Bişirilən zaman duz atılması məsləhət görülür.
Zəncəfil – Mədə və bağırsaqdakı infeksiyalara və həzmsizliyə müsbət təsir göstərir. Qan dövranı sürətlənir. Zərərli bakteriyalar azalır. Bir parça zəncəfili bir stəkan suda qaynadın və soyuduqdan sonra uşağa içizdirin.
Limon – Mikrob öldürücü xüsusiyyəti sayəsində ishala səbəb olan bakteriyalar məhv olur. Tərkibi C vitamini ilə zəngindir. Bir stəkan suya 2 şirniyyat qaşığı limon suyu əlavə edin və gündə 1-2 dəfə uşağınıza içizdirin.
Banan – Tərkibində olan maddələr qəbizlik yaradır. Bunun üçün ishala çox faydalıdır. Bu səbəbdən ishal olan uşağınıza istədiyiniz qədər banan yedizdirə bilərsiniz.
Orqanik.az