Uşaqlarda qulaq ağrısı nədən yaranır? – CAVAB

Qulaq ağrıları pediatriyada tez-tez rast gəlinən bir problemdir. Əsasən yeni doğulmuş körpə uşaqlarda müşahidə edilən qulaq ağrılarınınn səbəbini çox zaman soyuq dəymə ilə əlaqələndirirlər.

Maraqlıdır bəs, uşaqlarda qulaq ağrısının yaranma səbəblərinə nələr daxildir?

Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov danışıb. 

Onun sözlərinə görə, bu ağrılar həm travmalar, həm otitlər, həm gigiyenik qaydalara düzgün əməl olunmaması, qulaqda yad cisimlər və s. ilə əlaqədar ola bilər:

“Məsələn, uşağın qulağına xırda əşyaların salması və ya valideynlərin qulağı düzgün təmizləməməsi xarici qulaq keçəcəyinə travmalar törədə bilər. Xarici qulaq keçəcəyində yad cisim və ya “qulaq kirinin” keçəcəyi tutması nəticəsində daxili qulaq və xarici mühit arasında təzyiqlər fərqinin yaranması təbil pərdəsinin gərginləşməsinə və ağrının yaranmasına səbəb ola bilər. Bundan başqa, həm xarici qulaq keçəcəyində (karbunkul, furunkul və s), həm orta qulaqda olan iltihabi proseslər (orta otit), ağrının yaranmasına səbəb ola bilər.

Uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri (qrip və qripəbənzər hallar) zamanı qulaq ağrıları daha çox müşahidə edilir. Bu, uşaqlarda burun-boğazın anatomik quruluşu ilə əlaqədardır. Daxili qulağı burun-udlaqla birləşdirən yevstax borusu uşaqlarda üfüqi, geniş, qısa, böyüklərdə isə bir qədər şaquli, dar, uzun olur. Buna görə də burun-udlaqdan infeksiyanın orta qulağa keçib orta otit yaratma ehtimalı uşaqlarda daha çox olur. Bundan başqa burun-udlaqda olan iltihabi proses zamanı yevstax borusu ödəmlə əlaqədar tutula bilər və nəticədə həm qulaq ağrısı, həm effuzion otit (orta qulağa maye yığılması) yarana bilər.

Orta otitlər vaxtında müalicə olunmadıqda meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına – labirintitə (qusma, ürəkbulanma, başhərlənmə, karlıq və s. ilə səciyyələnir), mastoiditlərə, beyin abseslərinə, sepsisə gətirib çıxara bilər. Nəzərə alsaq ki, uşaqların böyüməsində, inkişafında eşitmənin rolu böyükdür, bu problemlər nəticədə nitqin inkişafına və intellektin formalaşmasına da mənfi təsir göstərə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.