Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb – TƏBİB rəsmisi

“Fərqliliyi olan insanların rifahının gücləndirilməsi dövlətin əsas prioritetlərindəndir”.

Orqanik.az Orqanik.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorun müavini Anar İsrafilov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.

O bildirib ki, son illərdə reabilitalogiya sahəsində ciddi uğurlar əldə olunub:

“Ölkəmizdə reabilitasiya xidmətlərinin effektiv və səmərəli təşkili istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi daim dövlətin nəzarətindədir. Bu sahədə həyata keçirilən layihələrdə Heydər Əliyev Fondunun danılmaz rolu var”.

A.İsrafilov bildirib ki, son illər uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb:

“Bunun təkcə tibbi yox, həm də sosial səbəbləri var. Cəmiyyətin əsas problemlərindən biri də bulinqdir. Bu mənada valideynlər övladlarına diqqətlə yanaşmalıdırlar. Əminəm ki, bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə birlikdə çatacağıq”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.