Ekspertlər paxlalı bitkilərin ürək üçün faydalı olması qənaətindədirlər. Paxlalı bitkilərin tərkibində xeyli miqdarda zülal və sellüloz var.
Alimlər paxladan hazırlanan yeməklərin üstünlük təşkil etdiyi pəhrizin qanda xolesterinin azalmasına müsbət təsirini təsdiqləyirlər.
Kolorado Universitetinin (ABŞ) əməkdaşları piylənmədən əziyyət çəkən siçanların rasionuna lobya əlavə ediblər. Təcrübə ərzində gəmiricilərin çəkisi nəzərəçarpan dərəcədə azalıb.
Bununla belə, üzərində təcrübə aparılan heyvanlarda lobya pəhrizi xolesterinin miqdarını aşağı salıb. Siçanların ürək-damar sisteminin ümumi vəziyyəti də xeyli yaxşılaşıb.
İkinci tədqiqatın gedişində alimlər paxlalı bitkilərin ikinci tip diabet xəstələrinə təsirini dəyərləndiriblər. Məlum olub ki, paxladan istifadə orqanizmi sərbəst radikalların zərərverici təsirlərindən qoruyur və lipidlərin qıcqırması ilə bağlı olan toxumaların zədələnməsini azaldır. Bu, ürəyin sağlamlığına müsbət təsir göstərir.
Orqanik.az