Ürək-damar sistemi xəstəliklərindən necə qorunaq?

Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yeri tutur. Həkimlərin fikrinə görə, müəyyən sadə qaydalara əməl etməklə bu xəstəlikdən qorunmaq mümkündür. Xalq təbabətində ürəyin fəaliyyətini yaxşılaşdıran, ürəyi möhkəmləndirən, damarları xolesterindən təmizləyən və onların elastikliyini artıran çox təsirli vasitələr var.

Orqanik.az Axar.az-a istinadən xəbər verir ki, bu vasitələrdən hər bir insan profilaktik məqsədlərlə istifadə edə bilər.

Nanə – ürək üçün ən faydalı bitkilərdən sayılır. Məhz bu səbəbdən nanə ən populyar ürək dərmanı validolun tərkibinə daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir.

2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda dəmlənir və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla gün ərzində içilməlidir.

Balıq məhsulları – balıq məhsulları ürək sağlamlığı cəhətdən çox faydalıdır. Balıq həm yüngül qidadır, həm az kolorilidir, həm də omeqa-yağ turşuları ilə zəngindir ki, bu da damar sistemi üçün faydalıdır. Omeqa-yağ turşuları qanda pis xolesterini azaldır, yaxşı xolesterini artırır. Həftədə 2 dəfə balıq istifadəsi məsləhətdir.

Yağlı çərəzlər – tərkibində yağ olan çərəzlər: qoz, fındıq, badam ürək-damar sisteminə çox faydalıdır. Bu çərəzləri duzsuz yemək məsləhətdir.

Qırmızı tərəvəzlər – ümumiyyətlə, tərəvəzlər xolesterin əleyhinə diyetada, eləcə də ürək sağlamlığı baxımından çox faydalıdır. Sadəcə qırmızı tərəvəzlərdə (qırmızı soğan, qırmızı bibər, qırmızı turp, pomidor və s.) damar sağlamlığı baxımından çox faydalı xüsusi antioksidant maddələr var. Hər gün bir neçə pomidor istifadə etmək tövsiyə olunur.

Şokolad – tərkibində kakaosu 70%-dən artıq olan şokoladlar (məsələn: bitter şokolad) tərkibindəki antioksidantların hesabına ürək üçün çox faydalıdır.

Sitrus meyvələri – bu qrupdan olan meyvələr bildiyimiz kimi vitaminlərlə, xüsusilə C vitamini ilə zəngindir. Bu meyvələrdə damar sağlamlığı cəhətdən tərkibində antioksidant xüsusiyyəti olan betta-karotin maddələri vardır.

Zeytun yağı – doymamış yağ turşuları ilə zəngindir, xolesterinsizdir. Bu yağın ürək sağlamlığı məqsədilə, həmçinin şəkərli diabetdə istifadəsi faydalı hesab olunur.

Paxlalı tərəvəzlər – lobya, paxla, mərci, noxud və s. kimi qrupdan olan bitkilər zülallarla və vitaminlərlə zəngindir. Ürək xəstəlikləri üçün olduqca faydalıdır.

Çaytikanı – ateroskleroz və trombların əmələ gəlməsinin, onların inkişafının qarşısını alır. Sakitləşdiricidir. 1 xörək qaşığı çaytikanı meyvəsinə 1 xörək qaşığı qaynar su əlavə edib dəmləyin.

Limon – ürək ağrısını kəsir, həzmə kömək edir, iştahı açır. Ağız boşluğunda qurumanı aradan qaldırır, qan təzyiqini aşağı alır. Mədədə əmələ gələn şiddətli ağrıları azaldır, öd kisəsinin iltihabının, ürəkbulanmanın və qusmanın qarşısını alır, qan dövranını tənzimləyir. Boğaz ağrısı və onun iltihabının, diş ətinin xəstəliyinə, ağız boşluğunda olan səpgilərin müalicəsində yaxşı effekt verir. Ağızdan gələn pis qoxunu aradan qaldırır, başağrısı, ürəkdöyünməsini tənzimləyir.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.