Fındığın bəlkə də bir neçə faydası haqqında məlumatınız var.
Orqanik.az Axşam.az-a istinadən bu dəfə adıçəkilən meyvənin heç vaxt eşitmədiyiniz faydalarını sadalayacaq:
1. Tərkibindəki E vitamini sayəsində qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alır və beləliklə anemiya riskini minimuma endirir. Qan dövranını tənzimləyir. Qışda daha çox yemək tövsiyə olunur, çünki soyuqdəymə kimi narahatlıqların qarşısını alır.
2. E vitamini ilə zəngin olması xərçəng riskini də azltmış olur.
3. Fındıq ürək və damar dostudur desək, yanılmarıq.
4. Fındıqdakı protonosyanidinlər, quercetin və kaemferol kimi fitokimyəvi maddələr beyini inkişaf etdirir.
5. Arıqlamağa kömək edir. Qəbzliyin qarşısını alır.
6. Sümükləri bərkidir. Eyni zamanda şəkə xəstələri üçün faydaları meyvə hesab olunur.
Orqanik.az