Ürəkbulanmanın səbəbləri

Əgər sadəcə avtomobil və ya dəniz sizi tutubsa ürək bulanma üçün müalicəyə səbəb yoxdur. Amma heç bir səbəb olmadan bu baş verirsə o zaman həkimlə məsləhətləşmək önəmlidir.
Əsasən ürək bulanması həzm orqanları xəstəliklərinin əlamətləridir. Yalnız sadəcə bunlar deyil: bəzən bu simptomlarla qastroenteroloq, nevroloq, endokrinoloq və hətta kardioloqa getmək lazım gəlir.

QASTRİT VƏ XORA XƏSTƏLİYİ

Əlamətləri: ürək bulantısı yemək yedikdən sonra güclənir, eyni zamanda mədə şiçkinliyi və qıcqırma hissi yaranır. Acqarına və ya yeməkdən sonra qarının yuxarı hissəsində ağrı və ya yanma hissi.

ÖD KİSƏSİ XƏSTƏLİYİ

Əlamətləri: yemək yeyən zaman artıq ürək bulanmanın hissiyatı. Sağ qabırğaaltına yaxın daha çox ağrılar yaranır. Ağızda acı və ya metal dad hissiyatı, köp və qıcqırma.

PANKREATİT

Əlamətləri: yeməkdən sonra ürəkbulanma, qarında köp yaranması. Sağ qabırğa altında küt ağrı, ağızda acı dad yaranması. Bağırsaq pozulması, kilo atma mümkünlüyü.

APPENDİSİT

Əlamətləri: bu zaman bulantı yeməklə əlaqəli olmayada bilir, hətta qusma halları yaranır. Əvvəlcə qarının yuxarı hissəsində qeyri-müəyyən ağrıların yaranması, daha sonra isə bu ağrılar qarın sağ yarım hissəsində əsasənda aşağı tərəfində yer alır. Temperatur 37-38 C qalxma ehtimalı.

BAĞIRSAQ İNFEKSİYASI VƏ YA ZƏHƏRLƏNMƏ

Yeməkdən bir müddət sonra bulantı artır və demək olar ki, çox zaman qusma ilə nəticələnir. Zəiflik, baş ağrısı və qarının yuxarı hissəsində göbəyə yaxın ağrıların yaranması. Bəzən temperatur 37-39 C qədər yüksəlir. Zamanla ishal baş verir.

Bütün bu hallarda həkimə müraciət etmək tövsiyə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.