Ürək xəstəlikləri və diabetdən qoruyan, ömrü uzadan ÇAY

İtburnu çayının müntəzəm istehlakı insan sağlamlığına çox müsbət təsir edir. Orqanik.az Express nəşrinə istinadla bildirir ki, bu haqda Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri məlumat veriblər.

İtburnu çayı ürək xəstəliklərinin 2 əsas faktoru olan xolesterin və triqliseridlərin səviyyəsini aşağı salır.

Həmçinin itburnu flavonoidlərlə zəngindir. Flavonoidlər yüksək təzyiqi aşağı salır, qan dövranını yaxşılaşdırır.

İtburnu qanda şəkərin və insulinin səviyyəsini normallaşdırır və bununla da 2-ci tip diabetdən qoruyur.

Mütəxəssislərin fikrinə görə, itburnu çayı piylənmənin əla profilaktikasıdır. Tilirozid antioksidantı sayəsində itburnu piylərin parçalanmasını sürətləndirir.

İtburnu çayı dəriyə də çox müsbət təsir edir, onu cavan saxlayır, gün şüalarının dəriyə olan mənfi təsirini azaldır.

İtburnu çayını hazırlamaq üçün 1 xörək qaşığı itburnu meyvəsi üçün 1 stəkan qaynar su götürülür. İtburnu meyvələrini dəmləndikdən əvvəl həvəngdəstədə yaxşı əzmək lazımdır. Çayı axşamdan termosda dəmləyin, səhər isə bir neçə dəfə steril tənzifdən süzün. Bu çox vacibdir. Məsələ burasındadır ki, itburnunun içərisində kiçik tükcüklər var ki, bu tükcüklər mədə-bağırsaq sisteminə düşdükdə, onu qıcıqlandıra bilər.

İtburnu çayını gün ərzində 2-3 dəfə 1/2 stəkan (100 ml) olmaqla qəbul etmək olar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.