Ürək xəstəliklərindən əziyyət çəkən şəxslər yayda açıq rəngli geyimlər geyinməlidir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ürək-Damar cərrahı Bigür Sönməz danışıb.
O, qeyd edib ki, belə xəstələr isti havalarda ağ və gen geyimlər geyinməlidir. “Az-az və tez-tez yemək yeməli , bol karbohidratlı, yağlı qidalardan uzaq durmalıdırlar”-deyən Sönməz bildirib ki, məsuliyyətləri çoxaldığı üçün gənclərdə infarkt riskləri artıb.
Onun sözlərinə görə, erkən diaqnoz və müalicələr sayəsində ürək çatışmazlığından ölüm sayı azalıb.
“Ürək xəstəliklərindən əlil olma faktları da azalıb. Ancaq xəstəliklər artıb. Çünki erkən diaqnoz qoyulur”- həkim bildirib.
Sönməz əlavə edib ki, yay aylarında itirilən suyu mütləq yerinə qaytarmaq lazımdır. Bu ciddi şəkildə xəstələrin elektrolit müvazinətini pozur. Bəzi xəstələr qış aylarında qəbul etdikləri qədər sidikqovucu qəbul etməməli, xüsusilə saat 11.00-16.00 radələrində günəş altında olmamalıdırlar.
Orqanik.az