Kardioloq Anna Koreneviç ürək üçün ən faydalı, zərərsiz yağ barədə danışıb.
“Medicina” xəbər verir ki, həkim bu yağın hətta balığı əvəz edəcəyini bildirib.
“Ürək-damarın sağlamlığı üçün ən yaxşı ərzaq yağlı dəniz balığıdır, o, Omeqa 3 yağ turşusu ilə zəngindir. Balıq və yağı damarların elastikliyini qoruyur.
Amma bəzi təbii bitki yağları bahalı balığa əvəz ola bilər.
Bitki yağları da Omeqa 3lə zəngindir.
Bunlardan soyuq sıxım zeytun, kətan toxumu, rafinə olunmamış günəbaxan yağı da yağ turşuları tərkibli olduğu üçün bunlara üstünlük vermək lazımdır.
Yüksək xolesterində belə yağların qəbulunu artırmaq lazımdır. Gündə bir xörək qaşığı içmək və salatlarda istifadə etmək olar”.
Orqanik.az