Cənubi Avstraliya Universitetinin (UniSA) mütəxəssislərinin araşdırmalarına görə, psixoloji problemlər ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Aparılan tədqiqatlarda psixi problemlərin ürək xəstəlikləri və qan təzyiqi ilə sıx əlaqəli olduğu müşahidə edilib.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, qeyri-sabit qan təzyiqi həm orqan zədələnməsinə, həm də ürək-damar xəstəliklərinə səbəb ola bilər. UniSA tədqiqatçısı professor Renly Lim izah edir ki, psixoloji problemlərin orqanizmdə qan təzyiqi və ürək döyüntüsünə birbaşa təsir göstərməsi fikrini dəstəkləmək üçün dəqiq sübutlar var. “Biz narahatlıq, depressiya və digər psixi problemlərdən əziyyət çəkən insanlarda aparılan 12 tədqiqatı nəzərdən keçirdik və aşkar etdik ki, yaşdan asılı olmayaraq, ruhi xəstəliklər qan təzyiqi və ürək döyüntüsü ilə əhəmiyyətli dərəcədə əlaqəlidir”.
Psixoloji problemlər gecə bədənin sakitləşməsinə mane olur. Psixi xəstəlik diaqnozu qoyulmuş insanlarda nəbzin normadan aşağı olması müşahidə edilib.
R.Lim qeyd edib ki, “Ürək-damar xəstəliklərindən qorunmağın yolu sağlam qidalanma, idman və stresdən uzaq olmaqdır. Bu tədqiqatdan əldə edilən nəticə ondan ibarətdir ki, biz psixi xəstəliklərin fiziki təsirlərinə daha çox diqqət yetirməliyik. Dünyada insanların 11 faizi psixoloji problemlər və depressiyadan əziyyət çəkir. Psixi problem ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola biləcəyi üçün erkən terapevtik müdaxilə vacibdir”.
Orqanik.az